Oreo-nu istehsal edən şirkət 337 milyon avro cərimələndi
Avropa İttifaqı (Aİ) "Mondelez International"ı Birliyə üzv ölkələr arasında şokolad, peçenye və qəhvə kimi məhsulların transsərhəd ticarətini əngəllədiyi üçün 337,5 milyon avro cərimələyib.ABŞ-da yerləşən "Mondelez International" şirkəti, Avropa İttifaqı (Aİ) Komissiyası tərəfindən rəqabət qaydalarını pozduğuna görə cərimələndiyini açıqlayıb.
"Mondelez International"ın dünyanın ən böyük şokolad və biskvit istehsalçılarından biri olduğunu xatırladan şirkət, portfelində Cote d'Or, Milka, Oreo, Ritz, Toblerone və TUC kimi məşhur şokolad və biskvit markalarının, həmçinin 2015-ci ilə qədər HAG, Jacobs ve Velours Noir kimi qəhvə brendlərinin olduğu qeyd edilib.
Açıqlamada, Komissiyanın araşdırması nəticəsində şirkətin müxtəlif şokolad, peçenye və qəhvə məhsullarının transsərhəd ticarətini məhdudlaşdırmağa yönəlmiş rəqabətə zidd razılaşmalar təmin etdiyi və şokolad satışında müəyyən milli bazarlarda hakim mövqeyindən sui-istifadə etdiyi müəyyən edilib.
Açıqlamada "Mondelez"in qeyri-qanuni hərəkətlərinin pərakəndə şirkətlərin üzv ölkələrdə daha ucuz qiymətə məhsul təqdim etməsinə mane olduğu və daxili bazarı süni şəkildə böldüyü, bu hərəkətlərin Aİ-nin rəqabət qaydalarına zidd olduğu və bu səbəbdən şirkətin 337,5 milyon avro cərimələndiyi bildirilib.
Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmamasını yoxlamaq səlahiyyətinə malikdir.
Aİ Komissiyası rəqabət və ya antiinhisar qanunlarını pozan bir vəziyyət aşkar edərsə, bu araşdırmaya son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















