SOCAR və “Baker Hughes” Azərbaycanda birgə mərkəz yaradacaq
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft və qaz hasilatı üzrə strukturu “Azneft” İstehsalat Birliyi və ABŞ-nin “Baker Hughes” şirkəti Azərbaycanda sualtı elektrik mərkəzdənqaçma sualtı nasoslarının yığılması və texniki xidməti üzrə birgə mərkəzin yaradılması barədə razılığa gəliblər.
Bu barədə SOCAR-dan məlumat verilib.
“Bakıda “Baker Hughes” ESP texnologiyasının Azərbaycanda tətbiqi və elektrik mərkəzdənqaçma sualtı nasoslarının yığılması, təmiri və texniki xidməti üzrə ölkədə birgə mərkəzin yaradılması üzrə Öhdəlik Məktubunun imzalanması mərasimi keçirilib”, - Azərbaycan Dövlət Neft Şirkətinin məlumatında qeyd edilib.
Müqavilə mayın 22-də “Baker Hughes” şirkətinin Xəzər regionu üzrə direktoru Karlo Beltram və SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov arasında imzalanıb.
“Bütün hasilat proseslərini optimallaşdırmaqla səmərəliliyin artırılması və karbohidrogen hasilatının artırılması üçün şirkətlər arasında da razılıq əldə olunub”, - məlumatda deyilir.
Xatırladaq ki, “Baker Hughes” dünyanın aparıcı neft və qaz xidmətləri şirkətlərindən biridir. Şirkətin xidmətlərinə qazma, ehtiyatın qiymətləndirilməsi, yataqların işlənməsi və s. daxildir. Onun qərargahı ABŞ-nin Texas ştatının Hyuston şəhərində yerləşir. Şirkətin 120-dən çox ölkədə 54 000 işçisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















