Azərbaycan şirkəti İstanbulda memorandum imzaladı - Banklara daha təhlükəsiz imkanlar təqdim olunacaq
Azərikard beynəlxalq əməkdaşlığını genişləndirir.21.05.2024-cü il tarixində Qardaş Türkiyənin, İstanbul şəhərində “Azərikard” və “SAS” şirkəti arasında strateji əməkdaşlıq haqqında memorandum imzalanıb.
Tərəflər çıxışları zamanı qurumlar arasında əməkdaşlığı yüksək qiymətləndiriblər.
“Azərikard” MMC-nin Baş direktoru Fərid Quliyev bu əməkdaşlığın hər iki tərəf üçün uzunömürlü və davamlı olacağına əminliyini vurğulayıb: “Mən inanıram ki, bu əməkdaşlıq təşkilatların fəaliyyətinə dəyər qatacaq və mövqelərinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycan bazarında ən son və müasir təcrübələrin tətbiq olunması müştərilərimizin xidmətlərinin təhlükəsizliyinə töhfə verəcək, yeni innovativ həllərə yol açacaq”.
"SAS Türkiyə" şirkətinin Baş direktoru Rasim Eğri isə bildirib ki, “İnanıram ki, Azərikard-la birlikdə Azərbaycan da fəaliyyət göstərən banklara daha təhlükəsiz, səmərəli və rahat imkanlar təqdim edə biləcəyik”.
50 ildir fəaliyyətdə olan SAS-ın qabaqcıl texnologiyaları, maliyyə sahəsində risklərin minimuma endirilməsi və itkilərin qarşısının alınması üçün ən mükəmməl həllərdən biridir.
Bu əməkdaşlıq çərçivəsində Azərikard-ın imkanları SAS-ın qabaqcıl texnologiyaları, qlobal təcrübə və həll imkanları ilə birləşərək müştərilərimizin daha yüksək təhlükəsizlik və etibarlılığına şərait yaradacaq, dünya bazarında qabaqcıl həll olan “SAS Fraud Management” sistemlərinin tətbiqi ilə şirkətin potensialını daha da artıracaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















