“Şirkətimizin ümumi gəliri 1 milyard 232 milyon manatı ötüb”
“Ölkəmizin dağ-mədən sənayesini təmsil edən “AzerGold” QSC qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda çəkisinin artırılması, ölkəmizin ixrac potensialının yüksəldilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Sözügedən sektor üzrə ixracatçı dövlət subyektləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” bugünədək 412 min unsiya qızıl (12,8 ton), 785 min unsiya gümüşün (24,4 ton) ixracını həyata keçirib. Əlavə olaraq, yerli bazarda 15 min unsiya (0.5 ton) qızıl və 100 min unsiya (3.1 ton) gümüş realizə edilib. Bu əməliyyatlar nəticəsində əldə edilən ümumi gəlir 1 milyard 232 milyon manatı ötüb”.
Bu sözləri “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İçərişəhərdə Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimində çıxış edərkən deyib.
“AzerGold” QSC-nin ölkəmizin dağ-mədən sənayesinin inkişafı istiqamətində fəaliyyətindən danışan Z.İbrahimov qeyd edib ki, şirkətin hasilat və istehsal fəaliyyəti fonunda yerli icmalarla iş, ətraf mühitin mühafizəsi, sosial-iqtisadi inkişaf kimi vacib sahələrə davamlı töhfələrin verilməsi də əsas məqsədlərimiz sırasına daxildir.
İdarə Heyətinin sədri Səhmdar Cəmiyyətin fəaliyyətinin müasir dövrün çağırışlarına, yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq təşkil edildiyini vurğulayıb. Onun sözlərinə görə, QSC tərəfindən yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, innovativ həllərin tətbiqi, ekosistemin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılır və gələcəkdə də bir sıra yeniliklər nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























