"İnvest-AZ İnvestisiya Şirkəti"nin xalis gəliri 2,6 dəfə artıb
"İnvest-AZ İnvestisiya Şirkəti" QSC 2023-cü ili 2 milyon 393 min manat xalis mənfət ilə başa vurub. Şirkət 2022-ci ili 1 milyon 589 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "İnvest-AZ İnvestisiya Şirkəti"nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 804 min manat və ya 50,6% artıb.
MARJA TİCARƏTİ ÜZRƏ GƏLİRDƏ SIÇRAYIŞ
Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "İnvest-AZ İnvestisiya Şirkəti"nin cəmi gəlirləri 2022-ci ildə 4 milyon 960 min manat ikən, 2023-cü ildə 12 milyon 746 min manata yüksəlib (7 milyon 785 min manat və ya 2,6 dəfə artıb).
Ötən il "İnvest-AZ"ın marja ticarətindən xalis gəliri də 2,6 dəfə artaraq 12 milyon 89 min manat təşkil edib. Şirkətin broker xidmətlərindən və digər komissiya gəlirləri də artıb.
ŞİRKƏT BÖYÜYÜB
Ötən il cəmi “İnvest-AZ İnvestisiya Şirkəti”nin cəmi aktivləri 6 milyon 848 min manat və ya 25,1% artaraq 34 milyon 99 min manata çatıb.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
4 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























