Çindən Azərbaycana gələnlərin sayı 3,3 dəfə artıb
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 43,8 faiz artıb.Azərbaycanda turizmin mövcud vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 174 ölkəsindən 726,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 28,8 faizi Rusiya Federasiyası, 19,0 faizi Türkiyə, 9,7 faizi İran, 8,4 faizi Hindistan, 4,6 faizi Gürcüstan, 3,1 faizi Qazaxıstan, hər birindən 2,4 faiz olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 1,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Özbəkistan, hər birindən 1,4 faiz olmaqla Ukrayna və Türkmənistan, 1,3 faizi Küveyt, 1,2 faizi Belarus, 1,1 faizi Çin, 11,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,3 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,1 dəfə, Cənubi Koreyadan - 2,0 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Bəhreyndən - 2,0 dəfə, Qırğızıstandan - 1,9 dəfə, Filippindən - 1,9 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,8 dəfə, İrandan - 1,6 dəfə,Tacikistandan - 1,6 dəfə, Misirdən - 1,5 dəfə, Türkmənistandan - 1,5 dəfə, Küveytdən - 1,5 dəfə, Yəməndən - 49,8 faiz, İordaniyadan - 49,4 faiz, İtaliyadan - 49,1 faiz, Pakistandan - 41,6 faiz, Özbəkistandan - 33,4 faiz, Polşadan - 28,2 faiz, Almaniyadan - 28,0 faiz, Türkiyədən - 25,9 faiz, Rusiya Federasiyasından - 25,8 faiz, Ukraynadan - 23,9 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 22,3 faiz, Gürcüstandan - 15,4 faiz, ABŞ-dan - 12,7 faiz, Fransadan - 11,5 faiz artmışdır.
2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 121,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 35,6 faiz artaraq 27,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 30,3 faiz artaraq 277,9 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 29,4 faiz artaraq 638,2 min nəfər olmuşdur.
İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 43,8 faiz, Türkiyəyə gedənlərin sayı 27,0 faiz, Gürcüstana gedənlərin sayı 25,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,7 faiz artmışdır. Azərbaycan Respublikası vətəndaşlarının 38,2 faizi Türkiyəyə, 21,7 faizi Rusiya Federasiyasına, 9,1 faizi Gürcüstana, 8,7 faizi İrana, 22,3 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,5 faizini kişilər, 32,5 faizini qadınlar təşkil etmişdir.
2024-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,6 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
12 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
21 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
33 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 37 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Ən çox oxunanlar
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti






























