“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
(®) Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib.
"Təhsildə innovasiya və süni intellektin rolu" adlı paneldə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.
“Bu gün burada Azərbaycanın savadlı gəncləri ilə bir araya gəlməkdən çox zövq aldım. İnnovasiyaları təmsil edən bir şirkət kimi texnologiyaya maraq göstərən, gələcək yönümlü şagirdləri görmək bizi sevindirir. Bizim gənclərlə bir çox ortaq cəhətimiz var: bunlardan ən önəmlisi isə innovasiyaya sadiqliyimizdir.” -deyə Klaus Müller bildirib.
"Biz şagirdlərimizin akademik potensiallarını inkişaf etdirməklə yanaşı, onların digər sahələrdə də istedadlarının aşkar edilməsi üçün çalışırıq. İnnovasiya yönümlü şagirdlərimizin ən son texnoloji yenilikləri Bakcell kimi şirkətdən əldə edə bilmələri bizim üçün böyük uğurdur. Bugünkü maraqlı panel müzakirəsinə görə məktəbimiz adından Bakcell rəhbərliyinə təşəkkürümüzü bildirirəm." - deyə Aygün Mikayılova bildirib.
Şagirdlərlə görüşdə Bakcell-in süni intellekt dəstəkli humanoid robotu Ardi də iştirak edib. Sual-cavab sessiyası ilə davam edən panel müzakirəsində şagirdlər Bakcell-in rəhbər heyəti və Ardiyə öz suallarını yönləndirərək, yeni texnologiyaların, süni intellektin təhsilə tətbiqini müzakirə ediblər.
Sonda şirkətin rəhbər heyəti məktəbin STEAM laboratoriyasına baş çəkib. Şagirdlərin qabaqcıl texnologiyalardan istifadə edərək hazırladıqları layihələri və laboratoriyanın dövrün tələblərinə uyğun təmin olunması Bakcell rəhbərliyinin diqqətini çəkib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
11 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
28 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 38 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır




























