Azərbaycan Sahibkarlar Konfederasiyasının Belarus üzrə nümayəndəsi təyin olundu
Vasif Sultan oğlu İsmayılov 2024-cü ilin 15 martında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Belarus Respublikasındakı nümayəndəsi vəzifəsinə təyin edilmişdir.
Konfederasiyanın yaydığı məlumata görə, Vasif İsmayılov 1972-ci ildə indiki Ermənistanın Göyçə mahalının Şəfəq kəndində dünyaya göz açıb. Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. O, 2017-ci ildə Azərbaycan Respublikasının xaricdə ilk – Azərbaycanın Belarus Respublikasındakı Ticarət Evinin təsisçisi olmuşdur, hazırda da onun rəhbəridir.
V.İsmayılov Minskdə və Mogilyovda çoxsaylı binalar, 2013-cü ildə Belarusun Azərbaycandakı səfirliyinin komplekslərini inşa etmişdir. O, həmçinin 2017-ci ildə Azərbaycanda tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalına, 02.02.2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalına layiq görülmüşdür.
Belarus və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının inkişafına verdiyi böyük töhfəyə görə Vasif İsmayılov “Şərəf” ordeninə layiq görülmüşdür. Bu qərar Belarus Prezidentinin 21 noyabr 2019-cu il tarixli Fərmanında öz əksini tapmışdır.
Vasif İsmayılov 1998-ci ildən bu günədək “Ulu Göyçə” şirkətinin rəhbəri kimi fəaliyyət göstərir.
2003-cü ildən Azərbaycan Sambo Federasiyasının I vitse-prezidenti, 2024-cü ilin fevralından Azərbaycan Boks Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























