Azərbaycanın metallurgiya şirkəti Tacikistanın dövlət müəssisəsilə anlaşıb
Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Tacikistanın İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan-Tacikistan biznes forumu keçirilib.
Forumun məqsədi Azərbaycan ilə Tacikistan arasında ikitərəfli iqtisadi və investisiya əməkdaşlığının inkişafı, ticarət-iqtisadi tərəfdaşlığın gücləndirilməsi, işgüzar dairələr arasında əlaqələrin qurulması, əməkdaşlıq və qarşılıqlı investisiyalar üçün yeni istiqamətlərin və imkanların öyrənilməsi, birgə layihələrin həyata keçirilməsi olub.
Biznes forumda açılış nitqini iqtisadiyyat naziri Mikayıl Cabbarov və Tacikistan sənaye və yeni texnologiyalar naziri Şerali Kabirov ediblər.
Forum çərçivəsində, Cənubi Qafqazın ən böyük və müasir metallurgiya şirkəti “Baku Steel Company” QSC (BSC) və Tacikistanın Sənaye və yeni texnologiyalar nazirliyi yanında “Yeni sənaye texnologiyalarının layihələndirilməsi üzrə Layihə Mərkəzi” dövlət müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq mövzusunda Anlaşma Memorandumu imzalanıb. Sənədə “Baku Steel Company” QSC-nin Baş direktoru Kamal İbrahimov və mərkəzin direktoru Nekruy Zabirzoda imza atıblar.
Həmçinin BSC-nin nümayəndələrinin də iştirakı ilə hər iki ölkənin şirkətləri arasında bir sıra B2B görüşlər keçirilib və perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!




















