Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə "İmarət" Kompleksi bərpa olunacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə "İmarət" Kompleksi bərpa olunacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Qarabağ rəngləri" layihəsi çərçivəsində 22 əsərin satılması nəticəsində Qarabağ Dirçəliş Fonduna 85 min manata yaxın ianə daxil olub. Bu vəsait Qarabağda, Ağdam rayonunda Prezident İlham Əliyevin tapşırığı, Mədəniyyət Nazirliyinin sifarişi, Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bərpa olunacaq "İmarət" Kompleksinə sərf ediləcək.

Bunu layihənin təqdimat mərasimində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, "Qarabağ rəngləri" layihəsinin əsas məqsədi Qarabağın zəngin mədəniyyətinin, Azərbaycan xalqının bu torpaqlardakı irsinin təbliği və xeyriyyəçilik ənənəsinin təşviqidir:

"Gənc rəssamlar layihə çərçivəsində 19 rəsm əsəri və 4 heykəl olmaqla 23 incəsənət nümunəsi yaradıb. Bu əsərlər layihənin xüsusi internet səhifəsində satışa çıxarılıb. Onları əldə etmək üçün Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayət idi. Artıq 22 əsər satılıb və buna görə Fonda artıq 85 min manata yaxın ianə daxil olub. Bu layihə cəmiyyətdə Qarabağ mövzusunun aktuallaşdırılması üçün çox yaxşı üsul idi. Ona görə də layihəni dəstəkləyən hər kəsə, əsərləri əldə edən donorlara təşəkkürümü bildirirəm".

©  Report

20.05.2024 17:22
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18