Bankın Xankəndi filialı fəaliyyətə başladı
Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Xankəndidə ilk bank filialının açılışı olub.
ABB-nin yeni yaradılmış Xankəndi filialı müştərilərinə xidmət göstərməyə başlayıb. Bankın yeni inkişaf konseptinə uyğun qurularaq müasir bankçılıq texnologiyaları ilə təchiz edilən filial binası Xankəndi şəhərinin mərkəzində yerləşir.
Qarabağda fəaliyyət göstərən bizneslərin, fərdi müştərilərin universal maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait var. Müştərilər ABB-nin başqa xidmət ofislərində olduğu kimi, Xankəndi filialında da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana bilərlər.
İşğaldan azad edildikdən sonra hazırda genişmiqyaslı bərpa-quruculuq tədbirləri həyata keçirilən Qarabağın dirçəlişində, regionda böyük iqtisadi layihələrin reallaşdırılmasında, o cümlədən kiçik və orta biznesin inkişafında ABB-nin Xankəndi filialı mühüm rol oynayacaq.
Bank Xankəndi filialını qurarkən maraqlı bir məqamı da diqqətdə saxlayıb. Qarabağ və Şərqi Zəngəzurun yaşıl artım zonası elan edilməsi nəzərə alınaraq Xankəndi filialının binası buna uyğun qurulub. Binanın damında Günəş panelləri yerləşdirilib. Xankəndi filialının fasadı və reklam lövhələri bərpa olunan enerji ilə işıqlandırılacaq.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu ABB-nin 32 illik tarixinin ən mühüm hadisələrindəndir. Həsrətini çəkdiyimiz torpaqlarımızda iqtisadiyyatımız dirçəlir, Qarabağ, Şərqi Zəngəzur yaşıl artım zonası kimi həyatının yeni dönəminə daxil olur. Qürur duyuruq ki, bu inkişaf prosesində ABB olaraq biz də varıq və azad yurdlarımızın dirçəlişinə töhfələr veririk”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
10 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
27 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır



























