Qusar bələdiyyəsinin sədri həbs edilib
Onun torpaq sahələrini qanunsuz olaraq satmasına, bilə-bilə qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.Qusar rayonunda baş vermiş ekoloji hüquqpozmalarla bağlı vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib
Xəbər verildiyi kimi, Qusar rayonunda ekoloji hüquqpozmaların törədilməsi və digər qanun pozuntuları üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluqda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
İstintaqla Qusar bələdiyyəsinin sədri İbrahimov Əlfəddin Qeysəddin oğlunun vəzifə səlahiyyətlərini aşmaqla torpaq sahələrini qanunsuz olaraq satmasına, bilə-bilə qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əlfəddin İbrahimov Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə tam və hərtərəfli istintaq aparılmaqla təqsirli şəxslərin dəqiq dairəsinin müəyyən olunması, eləcə də ibtidai istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























