“Azercell”in ev sahibliyi etdiyi konfrans beynəlxalq sənaye liderlərini Bakıda bir araya gətirib
(®) Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda sayca ikinci “GSMA M360 Eurasia” konfransına start verilib.
Ötən il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən tədbir telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplamağa müvəffəq olub.
Tədbirin açılışı Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun, Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regional direktoru Natalia Moçunun, rabitə sahəsində Regional Birliyin baş direktoru Aleksey Borodinin, GSMA-nın Tənzimləmə üzrə baş direktoru və Mobil Texnologiyaların İnkişaf Fondunun prezidenti Сon Custinin, eləcə də digər yüksəkvəzifəli şəxslərin iştirakı ilə baş tutub. Konfrans “Rəqəmsal texnologiyaların gücü” mövzusuna həsr olunub.
Tədbirin ilk günündə rəqəmsal dövrün aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılıb, süni intellektin müxtəlif sahələrə təsiri, bağlantı ekosistemindəki siyasətlər və digər mövzularda maraqlı məruzələr və panel iclasları yer alıb.
Konfransın Rəqəmsal DNT (Digital DNA) mövzusuna həsr olunmuş sessiyasında “Azercell” prezidentinin baş müşaviri Okan Cimen gələcək nəsillərin inkişaf edən iş bazarına uğurlu adaptasiyası haqqında danışıb: “Digər bazar iştirakçıları kimi, bu mövzu “Azercell” üçün də olduqca vacib və aktualdır. Müasir dövrdə texnologiyaların böyük sürətlə yenilənməsi, sənayenin dinamik inkişafı bir telekom şirkəti üçün böyük imkanlar təqdim etməklə yanaşı, qarşısında yeni çağırışlar da qoyur. Bu şərtlərdə lider mövqeyimizi saxlamaq üçün fəaliyyətimizdə ən qabaqcıl texnologiyaları və innovativ həlləri tətbiq etməliyik. Yalnız güclü insan kapitalına sahib olduğumuz halda məqsədimizə nail olacağımızı bilirik. Məhz bu səbəbdən əməkdaşlarımızın inkişafı üçün davamlı şəkildə zəmin yaratmağa çalışırıq. Təkcə 2023-cü il ərzində “Azercell” insan kapitalının inkişafına 1.3 milyon ABŞ dolları sərmayə yatırıb. İnanıram ki, konfransda səsləndirilən yenilikçi ideyalar və uğurlu təcrübələr ölkəmizdə bu istiqamətdə görülən işlərin daha səmərəli təşkilinə öz töhfəsini verəcək”.
Qeyd edək ki, bu il konfransa “Microsoft”, “Google”, “Amazon Web Services”, “Word Bank”, “e& International”, “Beeline”, “Vodafone Group”, “Turkcell”, “East Telecom” və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılıb. İki gün davam edəcək tədbirin növbəti günündə ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri, yaşıl texnologiyalar, yeni nəsil şəbəkələr, kibertəhlükəsizlik və digər mövzular haqqında danışılacaq.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
- 35 d. əvvəl
-
1 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Ən çox oxunanlar
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb























