Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq mallar alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq mallar alıb

2024-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17,0 milyard manatlıq, o cümlədən 9,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,1 faiz artmışdır.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2024-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,2 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar və yarmarkalarda 1,5 faiz artmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq, o cümlədən 235,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 181,5 manatlıq qeyri-ərzaq malları almışdır.

15.05.2024 13:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ