Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Carlsberg Azerbaijan” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, “Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulis, şirkət rəsmiləri, futbolçular və media nümayəndələri iştirak ediblər.
Müqaviləyə əsasən, “Xırdalan 0.0” alkoqolsuz pivəsi əsas milli komandanın sponsoru olub. Şirkət millinin oyunlarında sponsor qismində çıxış edəcək, eyni zamanda, Azərbaycan futbolunun inkişafına töhfə verəcək müxtəlif sosial kampaniyaların tərəfdaşı olacaq.
“Carlsberg Azerbaijan”ın baş direktoru Alius Antulis tədbirdə çıxış edərək bildirib ki, bu sponsorluqla Azərbaycan futboluna dəstək olacaqlar: “A milli komanda ilə bu gün təməli qoyulan əməkdaşlıqdan çox məmnunuq. “Xırdalan 0.0” yerli arpadan Azərbaycanda istehsal olunan ilk 0.0 alkoqollu pivədir və bu keyfiyyətli məhsulla ölkəmizdə idmanın inkişafını dəstəkləməkdən qürur duyuruq. AFFA-nın prioritetlərinə əsasən, stadionlarda azarkeş sayının artırılması, gənclərdə futbola marağın gücləndirilməsi, sosial layihələrin həyata keçirilməsi üçün birgə çalışacağıq. İnanıram ki, birgə atılan addımlar nəticəsində qısa müddətdə Azərbaycan futboluna böyük töhfə verməyi bacaracağıq”.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev isə hər iki tərəfin bu əməkdaşlıqdan faydalanacağına inandığını söyləyib: “Azərbaycan futbolu üçün əlamətdar günlərdən birini yaşayırıq. AFFA-nın əməkdaşlıq etdiyi şirkətlərin sırasına “Carlsberg Azerbaijan” da qoşulur. Bundan sonra “Carlsberg Azerbaijan”ın “Xırdalan 0.0” pivəsi kişilərdən ibarət A milli komandamızın sponsorlarından biri olacaq. İnanıram ki, bu əməkdaşlıq uzunmüddətli olacaq və hər iki tərəf bundan faydalanacaq”.
AFFA ilə “Carlsberg Azerbaijan” şirkəti arasında sponsorluq müqaviləsi dörd il müddətinə imzalanıb, lakin tərəflər uzunmüddətli əməkdaşlıq niyyətindədirlər.
Qeyd edək ki, milli komandanın yeni sponsoru “Xırdalan 0.0” - pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibində konservant yoxdur. Keyfiyyətli xammaldan hazırlanmış zəngin ətirli və nəfis dadlı lager pivəsi “Xırdalan 0.0” artıq istehlakçılara təqdim olunub.
Xatırladaq ki, 1969-cu ildə Xırdalan şəhərində istismara verilən pivəbişirmə zavodu 2008-ci ildən “Carlsberg Group”un bir hissəsinə çevrilib. Hazırda zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətin məhsulları isə Azərbaycanın 12,5 mindən artıq ticarət məntəqəsində təqdim olunub. “Carlsberg Azerbaijan” şirkəti büdcəyə illik 35-38 mln manat vergi ödəyir və fəaliyyətə başladığı vaxtdan investisiyalarının həcmi 65 mln manatdan çox təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 7 saat əvvəl
-
8 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
8 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
9 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
9 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı





















