“Azərbaycanın kapital bazarı artıq IPO üçün yetişib”
“Artıq şirkətlər bu barədə düşünməyə başlayıblar".Azərbaycanda kapital bazarı səhmlərin ilkin kütləvi təklifi (IPO) üçün artıq yetişib.
Bunu açıqlamasında Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov deyib.
“Artıq şirkətlər bu barədə düşünməyə başlayıblar. Bizim vəzifəmiz isə onların bazara daxil olmasına dəstək olmaq və onları bu prosesə hazırlamaqdır. IPO-ya daxil olmaq üçün şərtlər çətindir, lakin biz maraqlananlarla şərtləri müzakirə etməyə başlaya bilərik. İlk növbədə, şirkətlər mənfəətli, yaxşı idarəçilik sisteminə malik olmalıdırlar. Şirkətlərin investorlar üçün gələcək perspektivlərlə bağlı strategiyaları olmalıdır. Onlar minoritar səhmdarlarla açıq işləməyə hazır olmalıdırlar. Bu gün hər şirkət nə belə imkanlara malikdir, nə də bunu necə edəcəyini bilir”, - o vurğulayıb.
Onun sözlərinə görə, ənənəvi olaraq hazırda maliyyə sektoru IPO bazarında pioner ola bilər.
Beynəlxalq təcrübəyə görə, dövlət müəssisələrinin IPO-ya daxil olmasına məhdudiyyətlər var. F.Axundov qeyd edib ki, məsələn, Özbəkistanda dövlət öz balansında olan müəssisələrin səhmlərinin 2 %-ni IPO-ya çıxarıb [IPO üçün 40 iri müəssisənin siyahısı formalaşdırılıb, bu çərçivədə səhmlərin təxminən 2 %-ni əhaliyə təqdim etmək planlaşdırılır]. O qeyd edib ki, “Uztelecom” 2 %-lik paketinə 11 min investor sərmayə yatırıb”.
“Özəl şirkətlər səhmlərinin kütləvi təklif edilməsi siyasətini özləri müəyyən edir və bu, 10-20-30 % ola bilər”, - BFB-nin Müşahidə Şurasının sədri əlavə edib.
O, Prezident İlham Əliyevin 2023-cü ilin avqustunda imzaladığı “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncama istinad edərək bildirib ki, dövlət şirkətlərinin səhmlərinin satışı dövlətin qərarından asılı olaraq birja vasitəsilə həyata keçirilə bilər: “Bu prosesin birja vasitəsilə həyata keçirilməsində maraqlıyıq”.
Qeyd edək ki, adı çəkilən sərəncama əsasən, siyahıya 8 bank, şirkət və müəssisə daxildir: “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (ABB, ölkənin ən böyük bankı), “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO), “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti, “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid və Metanol zavodları.
“Səhmlərin birja vasitəsilə kütləvi təklif olunması baxımından onların arasında ən təcrübəlisi ABB-dir. Odur ki, ABB vasitəsilə bunu həyata keçirmək mümkündür. Amma digər müəssisələrin bu istiqamətdə təcrübəsi yoxdur. Buna görə də dövlət bu prosesə müəssisələrin necə hazırlaşmalı olduğuna qərar verə bilər. Yəni bu dövlət müəssisələrinin, bank və şirkətlərin səhmlərinin kapital bazarı vasitəsilə satılıb-satılmayacağına məhz hökumət qərar verməlidir”, - F.Axundov deyib.
Xatırladaq ki, dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlərə dair təkliflər 2024-cü ilin sonunadək Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunmalıdır.
Bu məqamda qeyd edək ki, IPO-lar son illərdə ən aşağı səviyyələrə enmiş səhm bazarında artıma səbəb ola bilər. Eyni zamanda, investorlar və yerli şirkətlər arasında bu sahədə maarifləndirmə işinin gücləndirilməsi maliyyə bazarlarında əməliyyatların həcminin artırılmasında müstəsna rol oynayır.
BFB-nin statistikasına əsasən, əgər 2017-ci ildə Azərbaycan səhm bazarı ümumi qiymətli kağızlar bazarının 5,2 %-ni təşkil edirdisə, 2024-cü ilin birinci rübündə onun payı 0,33 %-ə qədər azalıb. Yerli səhm bazarı 2017-ci ildə korporativ qiymətli kağızlar bazarının 82,7 %-ni təşkil edirdisə, bu il bu göstərici cəmi 1,6 %-dir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
6 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
10 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 17 d. əvvəl
-
20 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
23 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
24 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 28 d. əvvəl
- 34 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Ən çox oxunanlar
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı



























