Start verildi, 40 rayonda paylanacaq
Azərbaycanda 2024-cü il barama mövsümünə start verilib. Bu il 40 rayonda yaş barama istehsalı həyata keçiriləcəkAzərbaycanda 2024-cü il barama mövsümünə start verilib. Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yeləşən 19 baramaçılıq rayonundan olan kümçülərə tut ipəkqurdu toxumunun paylanlması həyata keçirilib.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, 19 rayondan gəlmiş kümçülər, media təmsilçiləri iştirak ediblər.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, Azərbaycanda qədim ənənələrə malik, tarix və mədəniyyətimizin bir parçası olan ipəkçiliyin bərpasının kənd əhalisinin rifah halının yaxşılaşdırılmasında və məşğulluğunun təmin olunmasında sosial-iqtisadi məsələ kimi xüsusi əhəmiyyətini nəzərə alaraq, barama istehsalının dəstəklənməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən cari mövsümdə baramaçılıq sahəsində qabaqcıl təcrübə və ənənələrə malik kümçülərin müəyyənləşdirilməsi və tut ipəkqurdularının hər qutusundan məhsuldarlığın yüksəldilməsi hesabına ölkədə barama istehsalının artımına nail olmaq hədəf kimi müəyyən edib.
Tədbirdə qeyd olunub ki, Nazirlik tərəfindən rayonlarda fəaliyyət göstərən DAİM-lərin məlumatları əsasında qabaqcıl barama istehsalçılarının siyahısı, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatlar toplanılaraq təhlil edilib və müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Nazirliyin mütəxəssisləri tərəfindən bütün baramaçılıq rayonlarının məhsul istehsalçıları üçün maarifləndirici təlimlər təşkil edilib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb və kümçülərə yerində məsləhətlər verilib.
Rayonlar üzrə barama istehsalçılarının sayı, yem ehtiyatı, mövcud kümxanaların sahəsi və vəziyyəti nəzərə alınmaqla cari ildə istehsal olunacaq yaş baramanın həcminə uyğun olaraq aprelin 20-də 9000 qutu ipəkqurdu toxumu Qax Rayon Damazlıq İpəkçilik Stansiyasında, həmçinin Zərdab, Bərdə, Ağsu, Zaqatala rayonlarında yerləşən baramaqurutma məntəqələrində inkubasiyaya qoyulub.
Tut ipəkqurdularının bölgüsünə dair məlumatlar baramaçılıq rayonlarının DAİM-lərinə göndərilib, rayonun kəndləri üzrə barama istehsalçılarının seçilməsi və siyahısının dəqiqləşdirilməsi, kümxanaların yaradılmasında uyğun tikililərdən istifadə edilməsi və onların aqrozootexniki tələblərə uyğun hazırlanması ilə bağlı tövsiyələr verilib.
İnkubasiya nəticəsində əldə edilmiş ipəkqurduların təbii-iqlim şəraitinə uyğun olaraq iki mərhələdə 40 rayonun kümçülərinə paylanılmasının qrafiki tərtib edilib və məlumat üçün əvvəlcədən Qax Damazlıq İpəkçilik Stansiyasına, baramaqurutma məntəqələrinə və DAİM-lərə təqdim edilib.
Tədbirdə Qax Rayon Damazlıq İpəkçilik Stansiyasında təxminən 3250 qutu ipəkqurdu toxumlarının aran və dağətəyi zonalarda yeləşən 19 baramaçılıq rayonlarına paylanılması prosesi həyata keçirilib.
Qeyd edək ki, barama istehsalının təşkilinin sınaqdan keçirilməsi məqsədilə cari ildə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasına 30 qutu ipəkqurdu toxumu ayrılıb, bu toxumların inkubasiyasının həyata keçirilməsinə metodiki köməklik göstərilməsi üçün Nazirlik tərəfindən Naxçıvan Muxtar Respublikasına mütəxəssis ezam olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 10 saat əvvəl
-
-
10 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"






















