Bank bankomatlarda insidentlərin monitorinqi üzrə proqram təminatı satın alır
(®) “AFB BANK” Açıq Səhmdar Cəmiyyəti TENDER ELAN EDİR
Tenderin adı: Bankomatlarda insidentlərin monitorinqi üzrə proqram təminatının alınması
Tenderin elan tarixi: 01.05.2024
Tenderin son tarixi : 14.05.2024
Texniki tələblər:
Windows XP/7/10 əməliyyat sistemləri dəstəklənməlidir;
Rəqəmsal siqnalı dəstəkləməlidir;
Minimum iki kameranı dəstəkləməlidir;
JPEG, AVİ, MP4 formatında video və şəkilləri çəkilməli və yaddaşda saxlanılmalıdır;
Bankomat;n elektron jurnalı ilə inteqrasiya edilməlidir;
Şəkildə kart nömrəsinin son 4 rəqəmi və əməliyyatın baş vermə tarixi əks olunmalıdır;
Kameralarının onlayn monitorinqi və statusunu görmə imkanı olmalıdır;
Həyəcan siqnallı statusları elektron poçta göndərmək imkanı olmalıdır;
Məlumatlar mərkəzi serverdə saxlanılmalıdır;
Proqram təminatında təhlükəsizlik yeniləmələri dəstəklənməlidir;
Video, foto görüntülər minimum 6 ay saxlama imkanı olmalıdır;
Bütün əməliyyatlar loglanmalıdır ( uğurlu, uğursuz , saat , tarix və s. ) və minimum 6 ay saxlama imkanı olmalıdır
Proqram təminatında imtiyazli istifadəçilərə MFA funksiyasını tətbiq etmək imkanı olmalıdır;
Proqram təminatında baş verən bütün əməliyyatlar, əməliyyat detalları və verilənlərin şifrələnməsi dəstəklənməlidir;
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
tender təklifi 15.06.2024 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
Optimal qiymət təklifi;
Texniki göstəricilərə uyğunluq;
Sənədləşmənin tələb olunan qaydada təşkili;
Sifarişin vaxtında və düzgün qaydada icrası;
Tenderdə iştirak etmək istəyən şirkətlər qiymət təklifini tələb edilən sənədlər ilə birlikdə 14.05.2024-cü il tarixində saat 16:00-a kimi qapalı zərfdə (mühürlü) poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 saat sonra
-
-
36 d. əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 44 d. əvvəl
-
45 d. əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
47 d. əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 49 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib





















