Qızılın qiyməti rekord qırdı
Qlobal bazarlarda 1 unsiya qızıl daha da bahalaşaraq 2150 dollara çatıb və rekord qırıb. Qızıl sonuncu dəfə 2023-cü il dekabrın 4-də 2135,39 dollar səviyyəsində rekord qırmışdı. FED-in faiz dərəcəsinin azaldacağı gözləntiləri, pərakəndə investorlar və qlobal mərkəzi banklar tərəfindən aktiv qızıl alışları, eləcə də yüksək geosiyasi gərginlik qızılın qiymətinin artmasına təkan verir.
Qlobal bazarlarda qızıl, ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini endirməyə yaxın olduğuna dair işarələrin təsiri ilə rekord həddə yaxınlaşıb.
Marja.az xəbər verir ki, qiymətli metal 1,3 faiz də bahalaşaraq 2141 dollara yüksəlib və rekord qırıb. Qızıl sonuncu dəfə 2023-cü il dekabrın 4-də 2135,39 dollar səviyyəsində rekord qırmışdı.
Bir sıra qlobal birjalarda qızılın unsiyasının qiyməti 2150 dolların üstünü də test edib.
Son bir ildə qızıl 14%-dən çox bahalaşıb.
Qızıl fevralın ortalarından yenidən bahalaşmağa başlayıb. Fed-in faizlərini azaltmaq üçün nə vaxt hərəkət edəcəyinin vaxtı hələ də qeyri-müəyyən olsa da, son həftələr onun yaxınlaşdığına dair işarələr qızılın bahalaşmasına səbəb olur. Swap bazarları göstərir ki, iyun ayında faiz endirimi ehtimalı təxminən 68 faizdir.
Həmçinin qızıl Yaxın Şərqdə artan gərginlik, Qırmızı dənizdə gəmilərə hücumlar, Çin iqtisadiyyatındakı problemlər və ilin sonunda ABŞ-da keçiriləcək prezident seçkilərindən də dəstək ala bilər. ABŞ Ali Məhkəməsi Donald Trampın bu il prezidentliyə namizədliyini irəli sürə biləcəyini bildirərək ona qadağa qoyulması addımlarını dayandırıb.
Siyasi və maliyyə qeyri-müəyyənlik dövründə tez-tez etibarlı "sığınacaq" kimi istifadə edilən qızıl, İsrail-Həmas müharibəsi başlayandan bəri 300 dollardan çox bahalaşıb.
2024-cü ildə qızılın daha da bahalaşacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
2 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
4 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
5 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
5 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
6 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
