Azərbaycanda internetin sürətinin qaldırılması üçün atılması zəruri olan məsələlər müzakirə edilib
Operator və provayderlərin nümayəndələri ilə müzakirələr aparılıbAzərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) ölkəmizdə fəaliyyət göstərən telekommunikasiya operator və provayderləri ilə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin müzakirəsi aparılıb.
Agentliyin sədri vəzifəsini icra edən Nail Mərdanov giriş sözü ilə çıxış edərək tənzimləyici mühitin formalaşması, tənzimləmə və nəzarət institutunun təkmilləşdirilməsinin zərurəti və əhəmiyyəti, bunun beynəlxalq reytinqlərə təsirinin əhəmiyyəti, həmçinin ölkəmizdə tənzimləmə sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Nail Mərdanov, eyni zamanda tənzimləyici qurum tərəfindən görülən işlər barəsində məlumatları diqqətə çatdırıb və İKTA tərəfindən internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilinin aparıldığını bildirib.
Daha sonra İKTA əməkdaşları tərəfindən internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi ilə bağlı təqdimat edilib. Bildirilib ki, təhlilin aparılmasında bir sıra beynəlxalq reytinq cədvəllərinin 60 indikatorundan istifadə edilib.
Qeyd edək ki, aparılan təhlil İKTA-nın internet resurslarında yerləşdirilib və ondan telekommunikasiya sahəsində fəaliyyət göstərən operator və provayderlərin nümayəndələri, ictimaiyyətin təmsilçiləri və ümumilikdə bu sahəyə maraq göstərən hər bir şəxs müvafiq predmet üzrə biznes bələdçisi kimi istifadə edə bilər.
Təqdimatdan sonra operator və provayderlərin nümayəndələri ilə müzakirələr aparılıb, onların rəy və təklifləri dinlənilib. Müzakirələrdə, həmçinin Azərbaycanda internetin sürət həddinin qaldırılması istiqamətində atılması zəruri olan məsələlər və dövlət-özəl tərəfdaşlığı imkanlarından da danışılıb. O cümlədən qeyd olunan məsələlər ətrafında mütəmadi fikir mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub.
İKTA bir daha rəsmi saytında yerləşdirilən təhlil ətrafında təkliflərə və müzakirələrə tam açıq olduğunu bəyan edir.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















