EY Azərbaycan “EY İlin İş Adamı” müsabiqəsinin 20 iştirakçısını elan etdi
(®) EY Azərbaycan, Bakı, 1 Mart 2024 - “EY İlin İş Adamı 2024” mükafatının qalibinin elan olunmasına cəmi bir neçə həftə qalıb.
Bu nüfuzlu və unikal proqram innovativ ideyaları və müvəffəqiyyət qazanmaq istəyi ilə bazarda fəaliyyət göstərən və cəmiyyətə müsbət təsir göstərən uğurlu iş adamlarını bir araya gətirir.
Bu müsabiqə uğur qazanmaq yolunda qarşısına iddialı məqsədlər qoyan inadkar sahibkarlar və biznes liderləri üçün ən nüfuzlu mükafat proqramlarından biridir. Qalibi sahibkarlıq ruhuna, məqsədyönlülüyünə və ictimaiyyətə göstərdikləri müsbət təsirə görə qiymətləndirərək müstəqil münsiflər heyəti seçir.
ABB bankının baş sponsorluğu ilə keçirilən müsabiqəyə həmçinin bp şirkəti və Veysəloğlu Şirkətlər Qrupu maliyyə dəstəyi verir. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO)EKVITA konsaltinq şirkəti proqramın tərəfdaşları sırasındadır.
Bu il 20 güclü namizəd “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparacaq.
EY Azərbaycan şirkəti böyük məmnuniyyətlə bu ilki “EY İlin İş Adımı” adı uğrunda mübarizə aparan 20 sahibkarın adlarını açıqlayır:
Adil Qasımov - Push30 (push30.az)
Aqşin Şahbazzadə - Greenhat (greenhat.az)
Anar Məlikov - TCS (tcsgl.com)
Balağa Cəfərov - Altair Technologies (altair.az)
Elqar Bağırov - Times Consulting (timesconsulting.az)
Elnur İslamov - Greening.Global (greening.az)
Elşən Məmmədov - Brand Media Groups (mediapartner.az)
Fəxri Qasımov - Guavalab (myguava.com)
Fərid Əkbərzadə - Umud Agro (umutagro.az)
İlkin Hacıyev - Sustainera Solutions (sustainerasolutions.com)
İnarə Mirzəzadə - Alpha Omega (alpha-omega.az)
Camal İsmayılov - Datum (datum.az)
Kamil Bağırov - CraZzy bears
Leyla Əliyevə - A+A group events (aagroupevents.com)
Ramil Rzayev - Baku Holiday Travel (bht.az)
Reyhan Hüseynova - University Foundation Center (http://ufcedu.az/az)
Tariyel Mirzoyev - Balkhoorma (balkhoorma.com)
Tehran Əliyev - VITAM (vitam.az)
Vüsal Həsənov - BAFT & Partners (baft.az)
Vüsal Xəlilov - Mobil Group (mobilgroup.az)
Namizədlər mart ayı ərzində müstəqil münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Müsabiqənin qalibi, habelə müxtəlif nominasiyalar üzrə qaliblər Bakıda 13 mart tarixində keçiriləcək təntənəli mərasimdə elan ediləcək.
Milli qalib iyun ayında keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində yarışmaq üçün Monakoya səfər edəcək.
“EY İlin İş Adamı” müsabiqəsi haqqında
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri olan "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, "EY İlin İş Adamı" 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
10 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
12 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti







.jpg)
















