Milli Ödəniş Sistemilə aparılan əməliyyatların ümumi həcmi 766 milyard manatı keçib
Milli Ödəniş Sistemi üzrə göstəricilər açılanıb.
Marja.az Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”na istinadən xəbər verir ki, 2023-cü il ərzində ölkədə Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan əməliyyatların ümumi həcmi 766.4 mlrd. manat, sayı isə 147.7 mln. ədəd təşkil etmişdir.
Hesabat dövrü ərzində Milli Ödəniş Sisteminin əsas komponentləri olan iri və təcili ödənişlər üzrə “Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi” (AZİPS) üzrə keçən ödənişlərin sayı 2.1 mln. ədəd, həcmi 716.3 mlrd. manat, xırda və daim təkrarlanan ödənişlərin elektron daşıyıcılarla həyata keçirilməsinə imkan verən “Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi” (XÖHKS) üzrə isə ödənişlərin sayı 145 mln. ədəd, həcmi 49 mlrd. manat olmuşdur.
2023-cü il ərzində AÖS vasitəsilə həyata keçirilən əməliyyatların sayı 587.6 min ədəd, həcmi isə 1.1 mlrd. manat olmuşdur.
2022-ci il ilə müqayisədə aparılan əməliyyatların həcmində AZİPS üzrə 2.4 dəfə, XÖHKS üzrə isə 16.9%, AÖS üzrə isə 91.8% artım müşahidə olunmuşdur.
Milli Ödəniş Sistemi vasitəsilə kommersiya bankları tərəfindən aparılmış köçürmələrin sayı və həcmi 2022-ci illə müqayisədə müvafiq olaraq 51.1% və 2 dəfə artmışdır.

Milli Ödəniş Sisteminin yeni komponenti olan, 7/24 rejimində fəaliyyət göstərən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin və funksionallıqlarının genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilmişdir. 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyasında Ani Ödənişlər Sistemi vasitəsilə həyata keçirilən əməliyyatların Milli Ödəniş Sistemindəki payının artırılması hədəflənmişdir. AÖS vasitəsilə 2023-cü il ərzində həyata keçirilən ödənişlərin sayı 2022-ci il ilə müqayisədə 74.2%, həcmi isə 91.8% artmışdır.
Hesabat dövründə Mərkəzi Bankın operatoru olduğu Hökumət Ödəniş Portalının (HÖP) əhatəliliyinin genişləndirilməsi istiqamətində tədbirlər icra olunmuşdur. 2023-cü ilin sonuna HÖP-ə 11 mərkəzi icra hakimiyyəti orqanı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, “Elektron Məhkəmə” portalı üzərindən 122 məhkəmə orqanı, İcbari Sığorta Bürosu vasitəsi ilə 19 sığorta şirkəti, Əmanətlərin Sığortalanması Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Əqli Mülkiyyət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Milli Sertifikat Xidmətləri Mərkəzi, Dövlət İmtahan Mərkəzi və 100-dən çox ali və orta ixtisas təhsil müəssisəsi, 1438 bələdiyyə orqanı inteqrasiya olunmuşdur. Hazırda HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 1100-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunur. 2023-cü il ərzində HÖP vasitəsilə həyata keçirilən əməliyyatların sayı 2022-ci illə müqayisədə 55% artaraq 131.8 mln. ədəd, həcmi isə 37.4% artaraq 6.9 mlrd. manat olmuşdur. Əməliyyatların say üzrə 68.7%- i, həcm üzrə isə 76.5%-i nağdsız formada aparılmışdır. Nağdsız formada aparılmış bu əməliyyatların həcmində 47.2% artım müşahidə edilmişdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
-
13 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
13 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
13 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























