Verginin rəisi Orxan Nəzərli Naxçıvanda olub, xidmət mərkəzlərinin açılışında iştirak edib
Ordubad və Şərur şəhərlərində Vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilibNaxçıvan Muxtar Respublikasının (MR) Ordubad və Şərur şəhərlərində Vergi ödəyicilərinə xidmət mərkəzlərinin açılışı olub. Bununla əlaqədar Naxçıvan MR-ə səfər edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
DVX rəisi muxtar respublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Görüşdən sonra Ordubad şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, muxtar respublika hökumətinin və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikanın 100 illik yubileyinin qeyd olunduğu bir vaxtda müxtəlif təyinatlı xidmət mərkəzlərinin qurulmasının vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə birlikdə ötən il Naxçıvanda sahibkarlarla keçirilmiş görüş zamanı vergi ödəyiciləri MR-də xidmət mərkəzlərinin istifadəyə verilməsi ilə bağlı müraciət ediblər. Həmin il Naxçıvan şəhərində ilk belə mərkəzin açılışı olub, indi isə daha ikisi istifadəyə verilir. Yeni xidmət mərkəzlərinin açılışının “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə birbaşa bağlı olduğunu qeyd edən F.Nəcəfli onların yerli sahibkarların məlumatlandırılması işinə böyük töhfə verəcəyini vurğulayıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışının muxtar respublikanın biznes mühitində mühüm hadisə olduğunu bildirib, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılmasına xidmət edəcəyini vurğulayıb. Qeyd edilib ki, hazırda ölkə üzrə müasir standartlara cavab verən 59 belə xidmət mərkəzi uğurla fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, Ordubad şəhərlərində ən yeni avadanlıqlarla təchiz edilmiş mərkəz sahibkarlara hesabatların göndərilməsində, vergi qanunvericiliyi sahəsində maarifləndirmə prosesində, müxtəlif vergi xidmətlərinin əldə edilməsində böyük dəstək göstərəcək. Mərkəzdə vergi ödəyicilərinə vergi sahəsində bütün xidmətlər təqdim ediləcək.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, xidmət mərkəzi muxtar respublikada fəaliyyət göstərən vergi ödəyiciləri üçün vergi xidmətlərinin əlçatanlığının daha da artırılması və könüllü əməletmə səviyyəsinin yüksəldilməsi məqsədilə istifadəsinə verilir. Mərkəzdə 9.000-dən çox vergi ödəyicisinə vergi sahəsi üzrə bütün xidmətlər təqdim ediləcək və onlara vergi məsələlərinin həllində dəstək göstəriləcək. Naxçıvan MR-də fəaliyyət göstərən bütün vergi ödəyicilərini əhatə etmək məqsədilə Babək şəhərində də belə bir mərkəzin tikintisinə başlanılıb. Bütün bunlar “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsinə öz töhfəsini verəcək.
Sonra vergi ödəyicilərinə xidmət mərkəzi ilə tanışlıq keçirilib. Tədbir iştirakçıları mərkəzin tikinti prosesi haqqında videoçarxa baxıb, buradakı texniki imkanlar və vergi ödəyiciləri üçün yaradılmış şəraitlə tanış olublar.
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən, xidmətin rəis müavini Anar İbrahimov muxtar respublikada yaradılmış əlverişli biznes mühiti və müasir vergi inzibatçılığı ilə bağlı 2023-cü ilin bəzi göstəriciləri barədə təqdimat edib. Qeyd olunub ki, son 1 il ərzində aparılmış struktur islahatlarında Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin ən yüksək səviyyədə təşkili üçün bu sahədə fəaliyyət göstərən əməkdaşların sayı 2,4 dəfə artırılıb.
Həmin gün Şərur şəhərində də Vergi ödəyicilərinə xidmət mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, muxtar respublika hökumətinin və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, bu mərkəz hazırda ölkə üzrə müasir standartlara cavab verən geniş xidmət mərkəzləri şəbəkəsinin bir həlqəsi olmaqla 15 mindən çox vergi ödəyicisinə hesabatların göndərilməsində, vergi qanunvericiliyi sahəsində maarifləndirmə prosesində, müxtəlif vergi xidmətlərinin əldə edilməsində böyük dəstək göstərəcək.
Hər iki mərkəzdə şəhid ailələri və qazilərin xidmətlərdən rahat yararlanması üçün növbədənkənar xidmət otağı yaradılıb.
Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 27 fevral 2024-cü il tarixli sərəncamına əsasən xidmətin təltif olunan bir qrup əməkdaşına “Rəşadətli əməyə görə” döş nişanları təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
41 d. əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
-
- 52 d. əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
-
4 saat əvvəl
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
-
4 saat əvvəl
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
Ən çox oxunanlar
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir
Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq
"Bakı və Abşeronda su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq edildi













.jpg)











