“Aztelekom” təxminən 26 milyon manatlıq zərərin səbəbini açıqladı
“Aztelekom” MMC gəlirlərini ölkədə yüksəksürətli internet şəbəkəsinin qurulmasına sərf edib“Aztelekom” MMC-nin gəlirləri, əsasən, internet və telefon xidmətləri üzrə formalaşır və 2021-ci illə müqayisədə 2022-ci ilin gəliri 8,2% artaraq 106 milyon 972 min manat təşkil edib.
Marja.az xəbər verir ki, bu, Şirkətin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, ümumi gəlirlərdə müşahidə edilən artıma baxmayaraq Cəmiyyət 2022-ci ili 26 milyon 101 min manat zərərlə başa vurub.
"Zərərin formalaşmasına əsas səbəb hazırda ölkə ərazisində internet şəbəkəsi üzrə həyata keçirilən yenidənqurma işləridir. Belə ki, “Aztelekom” respublika ərazisində GPON (Giqabit Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqini həyata keçirir və abunəçilərinin keyfiyyətli genişzolaqlı xidmətlərlə təmin edilməsi üçün şəbəkənin ən müasir texnologiyasına keçid işləri aparır. Bununla əlaqədar Cəmiyyət yüksəkixtisaslı kadrlar cəlb edib və ölkə ərazisində tikinti işləri üçün əlavə işçi qüvvəsini artırıb. Eləcə də GPON texnologiyasında beynəlxalq təcrübənin uğurla tətbiq olunması üçün Cəmiyyətin strategiyasına uyğun ixtisaslaşmış texniki dəstək xidməti cəlb olunub. Ölkə ərazisində GPON texnologiyası əsasında genişzolaqlı internet şəbəkəsi artdıqca, internet alışı da artıb".
Əlavə edilib ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq iqtisadiyyatın rəqəmsallaşdırılması üçün informasiya kommunikasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi istiqamətində “Aztelekom” kapital qoyuluşlar proqramını yerinə yetirib. Belə ki, müvafiq proqram çərçivəsində tikintisi və quraşdırılması başa çatmış əsas vəsaitlər istismara verilib və 2022-ci il ərzində 56 milyon 612 min manat dəyərində əsas vəsaitlərə investisiya olunub. Sözügedən investisiya əsasən borc vəsaiti hesabına maliyyələşdirilib ki, bu da öz növbəsində Cəmiyyətin faiz xərclərinin artmasına səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















