Vətəndaşları işlə təmin edəcək layihə - Türkiyə şirkəti Azərbaycanda!
Türkiyənin termal turizm şirkətlərindən biri olan “Hattuşa” Tətil Klubu fevralın 17-si Bakıda “Four Season” hotelində Azərbaycandakı layihəsi ilə bağlı tədbir keçirib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və “Hattuşa Azərbaycan” layihəsinin ortağı Ənvər Qədimbəyli iştirak edib.
Mərasimdə çıxış edən şirkətin İdarə Heyətinin sədri Mehmet Ali Doğan “Hattuşa” şəbəkəsi barədə məlumat verib.
“Doğan Jeotermal Şirkətlər Qrupunun əsas firması olan DOĞAN JEOTERMAL 1990-cı ildən etibarən ekoloji cəhətdən təmiz bərpa olunan enerjinin bütün sahələrində (geotermal, külək, günəş, hidroelektrik, bioqaz və biokütlə), eləcə də infrastruktur və üst quruluşun tikintisi, sənaye obyektləri, korporativ mənzil və sənaye binalarının tikintisi sahəsində fəaliyyət göstərir. Təxminən 5000 işçisi ilə Türkiyədə və bölgədə dəyər yaradan ən önəmli müəssisələrdən biridir.
Doğan Jeotermal Şirkətlər Qrupu 2000-ci illərin əvvəllərində termal sağlamlıq turizmi sahəsinə sərmayə qoymağa qərar vermiş və klubun termal sağlamlıq turizmi brendi olan HATTUŞA VACATION THERMAL CLUB layihəsi bu şəkildə yaranmışdır.
Türkiyədə bu sahədə ən yaxşı yerlərdə 6 layihəsi var.
Hattuşa Vacation Thermal Club təxminən 10.000-dən çox yataq tutumu, qonaq məmnuniyyətini əsas prinsip kimi qəbul edən xidmət keyfiyyəti və standartları ilə Türkiyənin termal sağlamlıq turizmi sektorunda lider və beynəlxalq markaya çevrilmişdir.
Azərbaycanda Termal Sağlamlıq Turizminin ölkə üçün üstünlükləri belədir:
- 12 aylıq turizm imkanı;
- Daimi iş;
- İnvestisiya və biznesin rentabelliyi;
- Yüksək doluluq və tələbat.
HATTUŞA AZƏRBAYCAN HATTUŞA TƏTİL KLUBU investisiyası və Hattuşa mübadilə sistemi sayəsində Türkiyə, Avropa və digər dünya ölkələrindən Azərbaycana tətil məqsədi ilə gələn turistlərin sayının çox qısa müddətdə gözləniləndən çox yüksək rəqəmlərə çatdırılması və Azərbaycan iqtisadiyyatına töhfə verilməsini hədəfləyir.
TAYMŞER (HATTUŞA TƏTİL KLUBU) İLƏ TERMAL SAĞLAMLIQ TURİZMİ bir-birindən ayrılmaz hala gəlib. Taymşer deyəndə artıq ağıla termal, termal deyəndə taymşer gəlir.
Üzvü olduğumuz RCI - Resort Condominiums International dünyanın ən böyük taymşer mübadilə şirkətidir. Xallara əsaslanan mübadilə sisteminin qabaqcıllarındandır.
- Ən yüksək keyfiyyət;
- Bütün RCI obyektləri Keyfiyyət Standartlarına cavab verməlidir. Üzvlərin rəylərinə əsasən, bu standartlardan aşağı olan obyektlər sistemdən çıxarılır;
- Limitsiz seçimlər;
- Üzvlər dünyanın ən böyük tətil şəbəkəsindən faydalanmaqla yanaşı, Wyndham Group, Hoseasons, Cottages.com və bir çox digər tətil brendləri ilə də mübadilə edə bilərlər.
- RCI dünyada Sağlamlıq və Təhlükəsizlik proqramını həyata keçirən yeganə taymşer mübadilə şirkətidir.
- 6 qitədə 100-dən çox ölkədə 4500 filialı var.
Hattuşa Azərbaycan layihəsi azərbaycanlı iş adamı Ənvər QƏDİMBƏYLİ ilə birgə həyata keçiriləcək. Hattuşa Tətil Klubu investisiya, termal sağlamlıq turizmi və taymşer beynəlxalq mübadilə sistemi (RCI) konsepsiyası çərçivəsində Azərbaycan turizm sektoru başda olmaqla Azərbaycan iqtisadiyyatına fayda verəcək bir investisiya olacaq.
"Yerli və milli bərpa olunan enerji mənbəyi olan geotermal enerji mənbəyindən istifadə edəcək bu investisiya Hattuşa Tətil Klubunun Türkiyədəki obyektlərində tətbiq olunan xidmət keyfiyyəti və standartları ilə həm hotel, həm də taymşer konsepsiyasının birlikdə tətbiq edildiyi, ilboyu yüksək doluluq dərəcəsi ilə inşaat, satış marketinqi və biznes dövründə də bir çox Azərbaycan vətəndaşını işlə təmin edəcək bir investisiya özəlliyi daşıyacaq”, - Mehmet Ali Doğan bildirib.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb












.jpg)









