Nvidia səhmləri ilə ticarətin həcmi Tesla səhmləri ilə ticarətin həcmini geridə qoyub
Nvidia səhmlərinə olan maraq Tesla səhmlərinə olan maraqdan daha böyükdür.
Amerikanın çip istehsalçısı Nvidia şirkəti, Wall Street-də səhm ticarətinin həcminə görə, İlon Maskın Tesla şirkətini ötüb.
Marja.az xəbər verir ki, şirkətin səhmlərinə olan marağı, onun rüblük maliyyə hesabatlarında qeyd olunan pronoqzlar gücləndirib.
Nvidia yüksək səviyyəli süni intellekt (AI) çipləri bazarının təxminən 80%-nə nəzarət edir. Fevralın 12-də Nvidia-nın bazar kapitallaşması Amazon və Alphabet-i geridə qoyaraq, Wall Street-də Microsoft və Apple-dan sonra üçüncü ən dəyərli şirkət olub.
Fevralda Nvidia səhmlərinin bazar dəyəri bir il əvvəlki 540 milyard dollardan 1,8 trilyon dollara yüksəlib. Eyni zamanda, 2024-cü ilin əvvəlindən şirkətin səhmləri 47% bahalaşıb ki, bu da S&P 500-ə daxil olan emitentlər arasında ən böyük artım olub.
Tesla elektrik avtomobillərinə zəif tələbat və Çin istehsalçılarının artan rəqabəti ilə mübarizə apardığı üçün, səhmləri də 2024-cü ildə 20% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 saat əvvəl
-
8 saat əvvəl
Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
11 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
13 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
14 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
15 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
Son Xəbərlər

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanını şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
