Azərbaycanda pivə istehsalçısının kiçik mağazalarda satışı azalıb
"Carlsberg Azerbaijan" MMC 2022-ci illə müqayisədə 2023-cü ildə satış həcmində 1% artım əldə edib.
Bu barədə Marja-ya Şirkətdən bildirilib.
Qeyd edilib ki, 1%-lik artım əsasən turizm və ictimai iaşə kanalının canlanması hesabına baş verib.
Vurğulanıb ki, bu artım vergi ödənişlərinin əhəmiyyətli dərəcədə - 15% artması ilə müşayiət olunaraq ümumilikdə 38,1 milyon manata çatdırıb.
Müasir ticarət kanalında (böyük mağaza şəbəkələri) qlobal artım tendensiyasını davam etdirərək, Carlsberg Azerbaijan-ın müasir ticarət kanalında satışları 12% artıb. "HoReCa" kanalı (otel, kafe, restoran) 3% artım, ənənəvi ticarət kanalı (kiçik mağazalar) isə 3,4% göstərici ilə bir qədər azalma nümayiş etdirib ki, bu da istehlakçıların müasir satış nöqtələrindən istifadəyə keçməsi ilə izah olunur.
2023-cü ildə şirkət Gürcüstana ixrac portfelini genişləndirərək 2022-ci illə müqayisədə 22% həcm artımına nail olub.
"Mürəkkəb regional vəziyyətə, qlobal səviyyədə yüksək inflyasiyaya və bir çox digər çağırışlara baxmayaraq, 2023-cü ili Carlsberg Azerbaijan üçün daha bir uğurlu ilə çevirməyə nail olduq. Cəmiyyətlə paylaşmaq və onu inkişaf etdirmək "Carlsberg"-in DNT-nin bir hissəsidir, buna görə də Azərbaycanda pivə sənayesini inkişaf etdirməyə, keyfiyyət, avadanlıq və pivə kateqoriyasına sərmayə qoymağa, xammal və qablaşdırma materialları sənayesinə beynəlxalq təcrübə gətirməyə və dayanıqlılıq gündəmini təşviq etməyə çalışırıq. 2021-ci ildə İqtisadiyyat Nazirliyi ilə pivə zavoduna, sənayeyə və əməkdaşlara 25 milyon manat sərmayə qoymaq məqsədilə Anlaşma Memorandumu imzaladıq, və qürurla bildirirəm ki, biz artıq 18 milyon manat sərmayə qoymuşuq və 2024-cü il üçün investisiya planı təqribən 6,7 milyon manat təşkil edir ki, bu da Carlsberg Group-un Azərbaycanda biznesi inkişaf etdirmək və genişləndirmək niyyətini nümayiş etdirir" - "Carlsberg Azerbaijan" MMC-nin baş direktoru Alius Antulis bildirib.
Xammal və materialların lokallaşdırılması
2019-cu ildə "Azərşəkər" MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən xammalın lokallaşdırılması layihəsi 2021-ci ildən etibarən yerli arpaya tam keçidlə nəticələnib. 2023-cü ildə "Carlsberg Azerbaijan", "Azərşəkər" MMC, "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC və "Azərbaycan İnvestisiya Şirkəti" Cənubi Qafqazda ilk arpa emalı zavodunun təməlini qoyub. Yeni zavod 2024-cü ilin 4-cü rübündə istismara veriləcək.
"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə təxminən 260 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 60 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Baltika", "Əfsanə", "Kronenbourg Blanc 1664" kimi məşhur markalar daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)











.jpg)



