STP Şirkətlər Qrupu velosiped zolaqlarının quraşdırılması layihəsində iştirak edəcək - TENDERDƏ QALİB OLUB
(®) STP Şirkətlər Qrupuna daxil olan STP Polimer şirkəti Bakı şəhərinin küçələrində velosiped zolaqlarının quraşdırılması layihəsində tərəfdaş şirkət kimi tenderdə qalib olub.
Şirkətdən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, ümumi büdcəsi 535 min 661 manat təşkil edən layihəyə əsasən STP Polimer 2024-cü il ərzində 7 min ədəd zolaq ayırıcı və qoruyucu dəstlər istehsal edəcək.
Qeyd edilib ki, Bakı şəhərinin baş planına əsasən 2040-ci ilə kimi 286 kilometrlik ərazini əhatə edəcək zolağın quraşdırılmasına 120 min zolaq ayırıcı dəstlərinin istehsal olunması nəzərdə tutulub. Bu isə öz növbəsində 660 ton tullantının yenidən emal olunması deməkdir.
Qeyd edək ki, “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində STP Şirkətlər qrupu “#yashilplanet” sloqanı altında ətraf mühitin qorunmasına çağırış edir. İstehsalat sonrası yaranan tullantılardan ətraf mühitə ziyan vurulmadan səmərəli istifadəsi, nəyinki sözügedən layihədə həmçinin bütün istehsalat zamanı prioritet olaraq qalacaq.
Məlumat üçün qeyd edək ki, STP Polimer şirkəti Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci ən böyük müəssisədir. 2009-cu ilin dekabrında fəaliyyətə başlayan bu zavod müxtəlif polimer boruların istehsalında ixtisaslaşıb və regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir. Bundan əlavə şirkətdə polimer fitinqlər, sarınmış və polimer kompozit borular, mikser-dozator və kabel plastikatı, su və kanalizasiya boruları, lövhə istehsalı sahələri fəaliyyət göstərir.
Bütün istehsal prosesi Almaniyanın “Krauss Maffei”, “Unicor”, “Krah”, Avstriyanın “Battenfield Cincinatti”, “Fux”, İtaliyanın “Omipa” və Türkiyənin “Mikrosan” şirkətlərinin istehsalı olan ən müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir. Bütün hazır məhsullar Danimarkadan gətirilmiş laboratoriyalarda sınaqdan keçirilir. Bizim laboratoriyalar ISO 9001:2008 və ISO 17025:2008 standartlarına uyğun akkreditə olunub.
Almaniya istehsalı olan texnoloji avadanlıq və xammalın böyük hissəsi müasir beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verir. Ümumi istehsal qabiliyyəti illik 250 000 tondan artıqdır.
STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990 Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az) və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
11 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir











.jpg)















