Kinosevərlər üçün yerli onlayn platforma – Metaflix
"Qısa zamanda böyük izləyici kütləsinə sahib olmuşuq. Fəaliyyət göstərdiyimiz 1 il müddətində 10 000 abunə cəlb edə bilmişik".![Kinosevərlər üçün yerli onlayn platforma – Metaflix](/storage/thumbnail/cover/cdn/2024/Yanvar/24/Yaşar_Əhmədov.jpg)
(®) Günümüzdə istədiyimiz film və ya serialı izləmək üçün onun yayımlanacağı günü və saatı gözləməyə ehtiyac qalmayıb. Onlayn kino platformalarının izləyici sayı ənənəvi TV izləyici sayını sürətlə əvəz edir. Kinosevərlər yalnız Netflix, Disney+ kimi xarici platformalara deyil, həm də “Metaflix” kimi yerli platformalara üz tutur.
“Metaflix” platformasının rəhbəri Yaşar Əhmədovla Azərbaycanda kino platformalarının inkişafı və şirkətin fəaliyyəti haqqında söhbət etdik.
- “Metaflix”in fəaliyyəti haqqında məlumat verə bilərsiniz?
- Həm yerli, həm də xarici istehsalın məhsulu olan filmləri nümayiş etdirərək, qısa zamanda böyük izləyici kütləsinə sahib olmuşuq. “Metaflix” həm sayt (www.metaflix.az), həm də mobil tətbiq olaraq fəaliyyət göstərir. Fəaliyyət göstərdiyimiz 1 il müddətində 10 000 abunə cəlb edə bilmişik.
- Platformanızın məqsədi nədir?
- Məqsədimiz ölkənin internet məkanında müasir kino və serial istiqamətində yerli istehsalçıları stimullaşdırmaq, bu çərçivədə yaradıcı qüvvələri fəaliyyətə cəlb etmək, gənclərin bu sahəyə olan marağını artırmaqdır.
- “Metaflix”də yayımlanan hansı film və serialları qeyd edə bilərsiniz?
- Platformamızda yayımlanan “Geri dönənlər”, “Qayıdış”, “İstintaq” kimi filmlər, “Bir qadın”, “İntizar”, “Uçurum” kimi seriallar izləyicilərin böyük marağına səbəb olmuşdur.
- İnsanlar bu filmləri necə izləyə bilər?
- Platformaya abunə olmaq üçün izləyicilərə 1, 6 və 12 aylıq abunəlik paketləri təklif edirik. İzləyicilər uyğun paketi seçərək, onlayn ödəniş edib platformada yerləşən bütün film və serialları rahatlıqla izləyə bilirlər.
- Bəs ödənişi nə şəkildə alırsınız?
- Ödəniş məsələsi ilə əlaqəli bir çox şirkətlə görüşlər keçirdik. Burada bizim üçün vacib olan təhlükəsiz və fasiləsiz olaraq abunəlik ödənişlərini ala bilmək idi. Abunəlik ödənişlərini dəstəkləyə bilən tək ödəniş sistemi Odero oldu. Odero Koç Holdinqin Azərbaycanda fəaliyyət göstərən onlayn ödəniş sistemidir. İzləyicilərimizin kart məlumatlarının təhlükəsizliyini təmin etmək üçün Odero-nun Kart yadda saxlama (Card Storage) xidmətindən də istifadə edirik. Artıq izləyicilərimiz bir dəfə abunə olmaqla 7/24 platformamızdaki film və seriallara baxa bilirlər.
- Yaşar bəy, platformanızda nə yeniliklər var?
- Hal-hazırda romantik komediya janrında çəkilən “Evdə qalmış” filmini yalnız “Metaflix”ə abunə olaraq izləyə bilərsiniz. Qısa zamanda isə çoxdandır gözlənilən “Hozu Zona” və ilk yerli qorxu filmi olan “Xənnas” da platformamızda yayımlanacaq. Hər birinizə xoş izləmələr!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
24 d. əvvəl
“Unibank”ın biznes kreditləri portfeli 50 milyon manata yaxın artıb
-
30 d. əvvəl
“Expressbank”ın istehlak kreditləri portfeli 200 milyon manatı aşıb
-
-
34 d. əvvəl
"Kapital Bank"ın kredit portfeli 5 milyard manata yaxınlaşıb
- 38 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
"Level Leasing”in səhmlərinin yerləşdiriləcəyi tarix açıqlandı
-
1 saat əvvəl
Xidmət səviyyəsinin yaxşı və aşağı olduğu sığorta şirkətləri - SİYAHI
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fiksə məzənnə və iqtisadi siyasət – bəzi Ərəb ölkələrinin təcrübəsi nə deyir?
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![“Unibank”ın biznes kreditləri portfeli 50 milyon manata yaxın artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/16/unibank-kredit.jpg)
“Unibank”ın biznes kreditləri portfeli 50 milyon manata yaxın artıb
![“Expressbank”ın istehlak kreditləri portfeli 200 milyon manatı aşıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/16/expressbank.jpg)
“Expressbank”ın istehlak kreditləri portfeli 200 milyon manatı aşıb
!["Kapital Bank"ın kredit portfeli 5 milyard manata yaxınlaşıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/16/kapitalbank.jpg)
"Kapital Bank"ın kredit portfeli 5 milyard manata yaxınlaşıb
![Bəzi bölgələrdə leysan yağacaq, dolu düşəcək - PROQNOZ](/storage/thumbnail/thumbnail/cdn/2023/avqust/28/hava_sama.jpg)
Bəzi bölgələrdə leysan yağacaq, dolu düşəcək - PROQNOZ
![Valyuta hərracı keçirilib - NƏTİCƏSİ](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/16/dollar-4.jpg)
Valyuta hərracı keçirilib - NƏTİCƏSİ
Ən çox oxunanlar
![Azərbaycanda sement istehalı 13 faizdən çox artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/16/sement.jpg)
Azərbaycanda sement istehalı 13 faizdən çox artıb
![Naxçıvana maliyyə naziri təyin edilib](/storage/thumbnail/thumbnail/cdn/2020/İyun/11/imza-muqavileeee.jpg)
Naxçıvana maliyyə naziri təyin edilib
![Bu yay güclü istilər mayeləşdirilmiş təbii qaz qiymətlərini artırır](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/16/lng.jpg)
Bu yay güclü istilər mayeləşdirilmiş təbii qaz qiymətlərini artırır
![Dünya nadir metal ehtiyatlarının 72%-i BRICS-in payına düşür](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/16/nadir.jpg)
Dünya nadir metal ehtiyatlarının 72%-i BRICS-in payına düşür
![“PashaPay”in Yevlax Xidmət Mərkəzi fəaliyyətə başlayıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/16/yevlax-xidmet-merkezi.jpg)
“PashaPay”in Yevlax Xidmət Mərkəzi fəaliyyətə başlayıb
![Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ](/storage/thumbnail/thumbnail/cdn/2021/Sentyabr-2/29/investaz_birja.jpg)
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
![Naxçıvan iqtisadiyyatı 2 %-ə yaxın böyüyüb](/storage/thumbnail/thumbnail/cdn/2022/Yanvar/10/naxcivan-505.jpg)