“Natəvan” gəmisi yenidən Qara və Aralıq dəniz hövzəsində yükdaşımalara cəlb olunub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xarici sularda istismar olunan “Natəvan” universal quru yük gəmisi əsaslı təmir olunub.
“Marja” ASCO-ya istinadən xəbər verir ki, təmir işləri Türkiyənin Altınova/Yalova bölgəsində yerləşən “Gürdesan” tərsanəsində aparılıb.
Burada görülən işlər çərçivəsində gəminin baş və köməkçi mühərrikləri ilə yanaşı, digər bütün maşın və mexanizmləri təmir olunub. Yük kranları, xilasedici və yanğınsöndürmə vasitələri, ballast və quruducu sistemləri, sıxılmış hava sistemləri və mexanizmləri saz vəziyyətə gətirilib.
MARPOL Konvensiyasının 4-cü əlavəsinin yeni tələbinə uyğun olaraq gəminin yanacaq xəttində zəruri dəyişikliklər olunub. Həmçinin gəmidə ballast sularını təmizləyən qurğu quraşdırılaraq müvafiq konvensiyanın tələblərinə uyğunlaşdırılıb.
Bundan başqa, gəminin sualtı və suüstü hissələri, göyərtələri təmizlənərək rənglənib, bəzi sualtı hissələrdə zədələnmiş sahələr tamamilə dəyişdirilib. Heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana və kayutlarda da lazımi işlər aparılıb.
Gəmi əsaslı təmirdən sonra yenidən Qara və Aralıq dəniz hövzəsində yükdaşımalara cəlb olunub.
Qeyd edək ki, “Natəvan” gəmisi 2014-cü ildən Xəzərdənkənar sularda istismar olunur. Bu gəminin yükgötürmə qabiliyyəti 5 200 ton, uzunluğu 108, eni 16,74 metrdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
9 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















