Lənkəranda qarın hündürlüyü 37 sm-ə çatıb, Bakıda 2 dərəcəyədək şaxta olub
Yanvarın 14-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə sulu qar, qar yağıb.
Ayrı-ayrı yerlərdə intensiv olub. Qar örtüyünün hündürlüyü Lənkəran 37 sm, Yardımlı 35 sm, Astara, Lerikdə 30 sm, Biləsuvar 22 sm, İmişli 20 sm, Quba 18 sm, Xaltan, Beyləqan 15 sm, Naxçıvan, Sarıbaşda (Qax) 14 sm, əksər rayonlarda 12 sm, Bakıda və Abşeron yarımadasında isə 2 sm olub.
Düşən yağıntının miqdarı Astarada 66 mm (aylıq normanın 67%-i), Lənkəranda 43 mm, Ordubadda 35 mm, Biləsuvarda 22 mm, Yardımlıda 20 mm, Neftçalada 17 mm, Naxçıvanda 15 mm, Beyləqan, İmişli, Cəfərxanda 12 mm, Sabirabadda 11 mm, Qəbələ, Kürdəmir, Zərdab, Tərtər, Qobustan, Göyçay, Mingəçevir, Gədəbəy, Ağdam, Oğuz, Xaltan, Kişçay (Şəki), Qrız, Şərur, Balakən, Şahbuz, Culfa, Göygöl, Zaqatala, Sarıbaş (Qax), Qusar, Altıağac, Yevlax, Quba, Sədərək, Naftalan, Şabran, Şəmkir, Göytəpə, Daşkəsəndə 9 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 14 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Naxçıvan MR-da 6 dərəcəyədək şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























