Tikinti materialları üzrə distribütor şirkətinə maya qoyulur
Tikinti materialları üzrə distribütor fəaliyyətinin həyata keçirməsi fəaliyyətilə məşğul olan “Konstromat” Açıq Səhmdar Cəmiyyəti nizamnamə kapitalını 196 min manat artırır.
Marja.az xəbər verir ki, şirkət hər birinin nominal dəyəri 10 manat olan 19 600 ədəd adi, adlı, sənədsiz səhmlər buraxıb.
Yerləşdirmə uğurla yekunlaşarsa “Konstromat” ASC-nin nizamnamə kapitalı 4 min manatdan 200 min manata yüksələcək.
Səhmlərin yerləşdirilməsinin anderrayteri “InvestAZ İnvestisiya Şirkəti” QSC-dir.
Hazırda ASC-nin səhmləri (400 ədəd) 100% Əkbərov Rasim Naib oğluna məxsusdur.
2022-ci ilin sonuna olan məlumata görə, 27 nəfər işçisi olan "Konstromat" ASC 2022 ci ildə 224 min 870 ton, satış dəyəri ilə 36 milyon 435 min 702 manatlıq sement məhsulu satmış və il ərzində 4 milyon 87 min 580 manat xalis mənfəət qazanmışdır. 2023 cü ilin ilk 6 ayında isə 122 min 215 ton, satış dəyəri ilə 20 milyon 320 min 812 manatlıq sement məhsulu satmış və 2023 cü il ilk 6 ayı ərzində 2 milyon 164 min 237 manat xalis mənfəət qazanmışdır.
"Konstromat” ASC Norm sement zavodunun istehsal etdiyi, Klass A ( 400 marka) və Klass B (300 marka) kisə bağlamada olan sement məhsullarının distributor olduğu Azərbaycan Respublikasının, Bakı, Abşeron, Sumqayıt, Qobustan, Oğuz, İsmayilli, Balakən, Qəbələ, Şəki, Zaqatala, Qax, Göyçay, Bərdə, Ağcabədi, Naftalan, Füzuli, Tərtər, Ağstafa, Daşkəsən, Gəncə, Göy-Göl, Şəmkir, Mingəçevir, Gədəbəy, Goranboy, Qazax, Yevlax, Tovuz şəhər və rayonlarında yerləşən pərakəndə ticarət mərkəzlərinə və tikinti şirkətlərinə satışını həyata keçirir.
“Konstromat” ASC 05.08.2013-cı il tarixində 1701508831 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Konstromat” MMC-nin hüquqi varisidir. 04.02.2022-ci il tarixində “Konstromat” MMC təşkilati- hüquqi formasını dəyişərək “Konstromat” QSC kimi yenidən dövlət qeydiyyatına alınmışdır. 01.11.2023-cü il tarixində “Konstromat” QSC təşkilati-hüquqi formasını dəyişərək “Konstromat” ASC kimi yenidən dövlət qeydiyyatına alınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
19 d. əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
-
40 d. əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
1 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 3 saat əvvəl
-
4 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib






.jpg)






.jpg)










