İKT üzrə tam ödənişsiz tədris proqramına növbəti qeydiyyat dalğası elan edildi
(®) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Technest” Təqaüd Proqramı çərçivəsində həyata keçirilən “Holberton School”un növbəti dalğası üzrə qeydiyyata start verilib.
“PAŞA Holding”in sponsorluğu ilə həyata keçirilən proqram bu ildən proqram təminatının əsasları və “Full Stack” olmaqla iki istiqamət üzrə tam ödənişsiz tədris verəcək. Proqramdan İKT sahəsində təhsil almaq istəyən 18 yaşdan yuxarı hər kəs yararlana biləcək.
Seçim prosesi onlayn formada baş tutacaq. Belə ki, müvafiq veb-saytdan qeydiyyatdan keçərək müraciət edən şəxsə 3 addımdan ibarət tapşırıqlar veriləcək. Sonuncu addımda namizədlər “Holberton”un nümayəndələri tərəfindən müsahibəyə cəlb olunacaq. Bu mərhələlərdə namizədin məntiqi və analitik düşüncə qabiliyyəti ölçüləcək və onlardan kompüter elmləri, proqramlaşdırma bilikləri tələb olunmayacaq. Eyni zamanda seçim prosesi ingilis dilində baş tutacaq ki, burada da namizədin dil biliyinin olması zəruridir.
Bu mərhələləri uğurla keçən 60 nəfər təlimlərdə iştirak hüququ əldə edəcək və tam təqaüdlü təhsil imkanı qazanacaq. Proqram müddətində dərslər əyani formada, hər gün 09:00-dan 18:00-a qədər davam edəcək. Tədris qarşılıqlı (peer-to-peer) öyrənmə üsulu ilə həyata keçirilir ki, bu yanaşma tələbələrə komanda əsaslı şəraitdə dərs keçməyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını effektiv mənimsəməyə imkan yaradır.
Müraciət üçün son qeydiyyat tarixi 02.02.2024-dür.
Müraciət üçün keçid edin: http://www.holbertonschool.com/apply
Proqramla bağlı ətraflı məlumatı holbertonschool.com saytı vasitəsilə əldə edə bilərsiniz.
Xatırladaq k, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin “Holberton School”la əməkdaşlığına əsasən, kompüter elmləri və proqram təminatı mühəndisliyi üzrə ixtisaslaşmış məktəblər şəbəkəsi 2023-cü ilin oktyabr ayından yeni tədris proqramına start verib. Proqram üzrə 60 nəfər kompüter elmlərinin əsasları üzrə tam ödənişsiz tədrisə cəlb olunub.
“Holberton” Məktəblər Şəbəkəsi Silikon Vadisində yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki metodologiya əsasında İKT sahəsində tədris verir. 2016-cı ildə yarandığı gündən bu şəbəkə 3500-dən çox tələbəni qəbul edərək 4 qitədə 33 kampusa qədər genişlənib. Məzunların əksəriyyəti LinkedIn, Google, Tesla, Apple, Docker, Cisco, IBM, Santander Bank və s. kimi beynəlxalq nüfuzlu şirkətlərdə karyera imkanı əldə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















