Türkiyədə son 22 ilin ən yüksək inflyasiyası qeydə alınıb
Türkiyədə 2023-cü il 64,77 faiz inflyasiya ilə bağlanıb.Türkiyə Statistika Təşkilatı (TÜİK) dekabr ayı üzrə istehlakçı qiymətləri indekslərini (inflyasiya göstəricisi) açıqlayıb.
Marja.az xəbər verir ki, qardaş ölkədə Dekabrda illik inflyasiya 64,77 faiz olaraq qeydə alınıb. Beləliklə, 2023-cü ildə inflyasiya Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı(TCMB) inflyasiya proqnozundan aşağı olub.
Dekabr ayında aylıq inflyasiya 2,93 faiz olaraq qeydə alınıb.
İllik inflyasiyanın 65,03 faiz, aylıq inflyasiyanın isə 3,12 faiz olacağı proqnozlaşdırılırdı.
Orta Müddətli Proqramda 2023-cü il sonu inflyasiya proqnozu 65 faizdir. Türkiyə Mərkəzi Bankının son inflyasiya hesabatında 2023-cü il sonu proqnozu da bu səviyyəyə yüksəldilmişdir.
Prezident Ərdoğan may ayında keçirilən prezident seçkilərində yenidən qalib gəldikdən sonra iqtisadiyyatın idarə edilməsi və praktikaları da dəyişib. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) Türk Lirəsinin (TL) səviyyəsini tənzimləmək üçün öz ehtiyatlarından istifadə etməyi dayandırdığı üçün TL bu il dəyərinin 36 faizini itirib. Bunun böyük hissəsi seçkilərdən sonra baş verib.
Seçkilərdən sonra siqaretdən yanacağa qədər vergilərin artması ilə yanaşı, zəlzələ nəticəsində yaranan xərclərin artması ilə də İyul ayından etibarən inflyasiya yenidən yüksəlməyə başlayıb. Lakin bu hadisələrin təsirinin oktyabr ayı etibarilə qiymətlərdə tam əks olunduğu qiymətləndirilib.
Ötən həftə TCMB pul siyasətində sərtləşmə tempini aşağı salıb, faiz dərəcəsini 2,50 faiz bəndi artırıb və 42,5 faizə qaldırıb. İnflyasiyanın yavaşlaması üçün tələb olunan sərt pul siyasəti ilə qiymət təzyiqlərinin azaldığını açıqlayan TCMB, faizin artırılmasının ən qısa zamanda tamamlayacağı mesajını verib.
Türkiyəfə 2023-cü ildə inflyasiya 2022-ci ildən sonra yenidən 60 faizi ötüb. Türkiyə 2022-ci ili 64,3 faiz inflyasiya ilə bağlamışdı. Beləliklə, 1990-cı illərdən bəri ilk dəfə olaraq iki il ardıcıl olaraq inflyasiya 60 faizdən yuxarı olmuşdur. 1998-ci ildə inflyasiya 69,70 faizə çatmış; 1999-cu ili 68,80 faizlə bağlamışdı. 2000-ci ildə inflyasiya 39 faizə endiyi halda, 2001-ci ildə 68,50 faizə yüksəlmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
7 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 8 saat əvvəl
-
8 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
8 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)
.jpg)















