Azərbaycanın 52,6 milyard dollarlıq vəsaitinin istifadəsilə bağlı FƏRMAN
![Azərbaycanın 52,6 milyard dollarlıq vəsaitinin istifadəsilə bağlı FƏRMAN](/storage/thumbnail/cover/cdn/2023/dekabr/27/fond-dollar.jpg)
Bu gün Prezident İlham Əliyevin imzaladığı Fərman ilə 2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri(proqramı) və investisiya siyasəti təsdiq edilib.
Marja.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri aşağıdakılardır:
- Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinə transfertin yuxarı həddi;
- Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi;
-Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi.
Fondun 2024-cü il üçün investisiya siyasəti də müəyyən olunub. Qeyd edilib ki, 2024-cü ildə Fond əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirəcəkdir.
2024-cü il üzrə Fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 52,6 milyard ABŞ dollarına bərabər götürülür.
Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (Standard & Poor’s, Fitch) və ya “A2” (Moody’s) dərəcəsindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə Fondun investisiya portfelinin məcmu dəyərinin: 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 20 faizi avroda ifadə olunan aktivlərə; 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Fondun investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir:
- borc öhdəlikləri və pul bazarları alətləri altportfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla) – aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 50 faizi;
- səhm (pay) altportfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, 5 faizə qədəri səhmlərə və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları, o cümlədən səhm (pay) üzrə müştərək investisiyalarda iştirak payları olmaqla);
- daşınmaz əmlak altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri (daşınmaz əmlaka və daşınmaz əmlak üzrə kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları və daşınmaz əmlak daxil olmaqla);
- qızıl altportfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 15 faizə qədəri;
İnvestisiya portfelinin hədəf gəlirliliyi:
- Fondun borc öhdəlikləri və pul bazarları alətləri altportfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta üzrə “ICE BofA Fixed Income Indices” əsas götürülür.
- səhm (pay) altportfelinin hədəf gəlirliliyi (bençmark) kimi “MSCI Stock Market Indexes” əsas götürülür.
-Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın (bundan sonra – Qaydalar) 4.2-ci bəndinə əsasən, qızıl altportfelinə hədəf gəlirliliyi (bençmark) tətbiq edilmir.
İnvestisiya portfelinin risklərinin idarə edilməsi üzrə tələblər.
Faiz dərəcəsi riski:
-Fondun borc öhdəlikləri və pul bazarları alətləri altportfelinin faktiki ortaçəkili investisiya müddətini (durasiya) dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond müəyyən edir və bu müddət müvafiq bençmarkın ortaçəkili investisiya müddətindən maksimum altı ay olmaqla kənarlaşa bilər;
Kredit riski:
-depozitar banklar və bençmarka daxil olan dövlətlərin borc öhdəlikləri istisna olmaqla, bir maliyyə qurumunun və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.
Fondun valyuta vəsaitinin yerləşdirildiyi investisiya aktivlərinin kredit reytinqi
Qaydaların 3.3-cü bəndinin onuncu abzasında nəzərdə tutulmuş qeyri-investisiya reytinqinə malik borc öhdəlikləri və təsisatlardakı depozitlər üzrə 5 faizlik xüsusi çəkinin yuxarı həddinə dair tələblər Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulan tədbirlərin icrası məqsədilə həyata keçirilən investisiya qoyuluşları nəticəsində Fondun investisiya portfelinə daxil olan aktivlərə tətbiq edilmir.
Likvidlik üzrə tələblər
Fondun vəsaitinin likvidlik dərəcəsi Fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 (yeddi) iş günündən çox davam etməməlidir.
Xarici menecerlər üzrə tələblər
Cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi beynəlxalq kredit agentliklərinin (Standard & Poor's, Fitch və ya Moody's) investisiya dərəcəli kredit reytinqindən aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində ən azı 5 il müsbət təcrübəsi, yaxud dəyəri 1 (bir) milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.
Xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60 faizindən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5 faizindən artıq olmamalıdır; 2.3.4.3. Fondun vəsaitinin idarə olunmasına cəlb edilən xarici menecerlərin səlahiyyətləri və idarəetməyə verilmə müddəti Fondla həmin menecerlər arasında bağlanılan sazişdə göstərilməlidir.
Əlavə edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri 12 milyard 73 milyon 255,5 min manat, xərcləri isə 12 milyard 900 milyon 232,5 min manat məbləğində təsdiq edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
31 d. əvvəl
"Finans Kredit"in istiqrazlarına 1 investor 1 sifariş təqsim edib
-
52 d. əvvəl
Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır
-
-
52 d. əvvəl
Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 6 %-ə yaxın artıb
-
1 saat əvvəl
Azərbaycanın xarici və daxili dövlət borcunun məbləğləri açıqlandı
-
1 saat əvvəl
İlk 6 ayda Qarabağa büdcədən 2 milyard manata yaxın vəsait xərclənib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda hərrac yolu ilə 8 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi icarəyə verilib
-
2 saat əvvəl
"Bakcell"dən daha bir yenilik: Aİ dəstəkli “Tarif Məsləhətçisi”
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradıldı - FƏRMAN
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
!["Finans Kredit"in istiqrazlarına 1 investor 1 sifariş təqsim edib](/storage/thumbnail/thumbnail/cdn/2023/may/23/finanskredit.jpg)
"Finans Kredit"in istiqrazlarına 1 investor 1 sifariş təqsim edib
![Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/marsrut-avtobus.jpg)
Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır
![İlk 6 ayda Qarabağa büdcədən 2 milyard manata yaxın vəsait xərclənib](/storage/thumbnail/thumbnail/cdn/2024/mart/06/200_manat1709714840507.jpg)
İlk 6 ayda Qarabağa büdcədən 2 milyard manata yaxın vəsait xərclənib
![Dolların sabaha olan rəsmi məzənnəsi](/storage/thumbnail/thumbnail/cdn/2023/avqust/21/dollar-zencir-1.jpg)
Dolların sabaha olan rəsmi məzənnəsi
![Naxçıvanda hərrac yolu ilə 8 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi icarəyə verilib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/hərrac-naxçıvan.jpg)
Naxçıvanda hərrac yolu ilə 8 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi icarəyə verilib
Ən çox oxunanlar
!["Bakcell"dən daha bir yenilik: Aİ dəstəkli “Tarif Məsləhətçisi”](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/suniintellekt-tarif.jpg)
"Bakcell"dən daha bir yenilik: Aİ dəstəkli “Tarif Məsləhətçisi”
![Siyəzəndə yük qatarı relsdən çıxıb, üç vaqon aşıb](/storage/thumbnail/thumbnail/cdn/2021/İyun/21/konteyner-qatar.jpg)
Siyəzəndə yük qatarı relsdən çıxıb, üç vaqon aşıb
![“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradıldı - FƏRMAN](/storage/thumbnail/thumbnail/cdn/2023/aprel/14/imzaa.jpg)
“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradıldı - FƏRMAN
![Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/Nəriman-Əsədov.jpg)
Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə
![Prezident Oğuzun İcra başçısını dəyişdi](/storage/thumbnail/thumbnail/cdn/2020/Aprel/14/ilhamimza.jpg)
Prezident Oğuzun İcra başçısını dəyişdi
![Bakıya yeni elektrik qatarı gətirildi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/yeni-qatr-1.jpg)
Bakıya yeni elektrik qatarı gətirildi
![Xidmətin yaxşı və aşağı olduğu bankların adları açıqlanıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/hirsli.jpg)
Xidmətin yaxşı və aşağı olduğu bankların adları açıqlanıb
![Vergi Xidməti plandan əlavə 1 milyard manatdan çox vergi yığıb - 8,2 MİLYARD TOPLANIB](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/vergi2024.jpg)
Vergi Xidməti plandan əlavə 1 milyard manatdan çox vergi yığıb - 8,2 MİLYARD TOPLANIB
![Çinlilər Azərbaycana vizasız səfər edə biləcəklər](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/çin-turistlər.jpg)