Həkəri Balıqçılıq Təsərrüfatının məhsulları gələn ildən bazarlara çıxarılacaq
Otuz ildən sonra yenidən dirçələn Laçında artıq bir sıra istehsal sahələri yaradılıb. Yeni müəssisələr Laçına qayıdan keçmiş məcburi köçkünlərin işlə təmin olunmasında da mühüm rol oynayır. Belə sahələrdən biri də Həkəri Balıqçılıq Təsərrüfatıdır. Burada 30-dan çox işçi çalışır və onların da əksəriyyəti laçınlıdır.
Həkəri Balıqçılıq Təsərrüfatının əməkdaşı Nurlan Ağayev bildirib ki, ümumi sahəsi 6 hektardan çox olan təsərrüfatda 36 hovuz var. Təsərrüfatda balıqların saxlanılması və yetişdirilməsi bütün imkanlar mövcuddur. Hazırda burada 3 növ balıq - əlvan forel, Kür nərəsi və cökə balıqları saxlanılır. Gələn ildən məhsulların Azərbaycan bazarına çıxarılması nəzərdə tutulur. İlk növbədə, aprel-may aylarında forel balıqları, payızda isə nərə balıqları satışa çıxarılacaq.
Onun sözlərinə görə, burada işçilərin fəaliyyəti və istirahəti üçün də lazımi şərait yaradılıb.
Gələcəkdə təsərrüfatda çalışanların sayının 60 nəfərə çatdırılması planlaşdırılır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























