“Azercell” Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir
Lider mobil operator 160 ölkədə 390-dan çox şəbəkədə rouminq xidməti təklif edir(®) “Azercell” abunəçilərin rouminqdə müştəri təcrübəsini inkişaf etdirmək məqsədi ilə Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir.
İndi rouminq internet paketləri daha əlçatandır. “Azercell” 60-dan çox şəbəkəni əlavə etməklə rouminq internet paketlərinin əhatə dairəsini daha genişləndirdi. Artıq abunəçilər 88-dən çox ölkədə 210 operatorun şəbəkəsində “Azercell”in sərfəli rouminq internet paketlərindən faydalana bilərlər. Bundan başqa, paketlərdən istifadə zamanı manual şəbəkə seçiminə ehtiyac qalmadı.
Səyahət zamanı “Kabinetim” tətbiqindən, “Azercell”in rəsmi saytından və canlı çatdan istifadə (Live chat) nəticəsində yaranan trafikə görə xidmət haqqı tutulmayacaq.
Eyni zamanda, tərəfdaşların çoxsaylı istəklərini nəzərə alaraq, korporativ müştərilər üçün xüsusi olaraq yeni 10 GB həcmində rouminq internet paketi istifadəyə verildi.
“Azercell”in rouminq xidməti haqqında ətraflı məlumat əldə etmək üçün: https://www.azercell.com/az/personal/plans-and-services/roaming.html
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
13 d. əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
-
- 19 d. əvvəl
-
29 d. əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
38 d. əvvəl
Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 13-də gözlənilən hava şəraiti
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"
Ən çox oxunanlar
"Dövlət müəssisələri daha çox dividend ödəyə bilər"
Gömrük Komitəsinin büdcə öhdəliyini yerinə yetirə bilməməsinin səbəbləri məlum olub
Əliyev Putini təbrik etdi
AzVak-da yeni iş elanları - SİYAHI
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
FAB boya ixrac xəritəsini genişləndirir: növbəti hədəf- Şimali Afrika və Yaxşı Şərq bazarı
ABŞ “İranla müharibə ilə bağlı böyük bir razılaşma əldə edib” və bu, “sənədlərin yekunlaşdırılmasına” bağlıdır























