Azərbaycanın şirkətlər qrupu 63 ədəd yük avtomobili aldı - SAZİŞ İMZALANDI
“Veysəloğlu” yaşıl iqtisadiyyatla bağlı beynəlxalq şirkətlə əməkdaşlığa başlayıb. Şirkətlər Qrupu 63 ədəd yeni çoxtemperaturlu yük avtomobili ilə atmosferə buraxılan karbon emissiyasının azaldılmasına töhfə verməyə çalışır.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” MMC ilə beynəlxalq şirkət olan “Gorica Group” arasındakı anlaşmaya əsasən 63 ədəd 5 və 11 ton tutumlu çoxtemperaturlu yük avtomobili alınıb.
Bu avtomobillər sayəsində müxtəlif temperaturlarda daşınmalı olan məhsullar vahid səfərdə daşına biləcəyi üçün yollarda gedilən məsafə, dolayısı ilə isə atmosferə buraxılan karbon emissiyası azalır.
Şirkətlər arasında sazişi Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov və “Gorica” Qrupun sahibi Ivan Fornazaric imzalayıb.
“Bizim üçün bu əməkdaşlıq yalnız biznes məsələsi deyil, həm də ölkəmizin dayanıqlı inkişaf məqsədlərinə öz töhfəmizi vermək üçün ətraf mühitin mühafizəsinə investisiyadır. Dövlətin “yaşıl iqtisadi” transformasiyasını sürətləndirmək öhdəliyi ilə bağlı islahatlara dəstək olmağa çalışırıq”, - deyə Aydın Talıbov bildirib.
Bu nəqliyyat vasitələrindən istifadə nəticəsində aylıq qət edilən məsafəyə 130 000 kilometr qənaət edilməsi proqnozlaşdırılır. Yenilik nəticəsində Veysəloğlu Şirkətlər Qrupu atmosferə buraxılan karbon emissiyasını ayda 290 min kq, ildə isə təxminən 3,5 milyon kq azaltmağı hədəfləyir.
Qeyd edək ki, “AVT Logistics” avtomobilləri hər gün 64 min kilometr yol qət edərək Azərbaycanın 4 500 nöqtəsində müştərilərə məhsul çatdırır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 4 d. əvvəl
-
-
5 d. əvvəl
Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
- 9 d. əvvəl
-
19 d. əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 33 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək
- 54 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

Oktyabrın 7-də gözlənilən hava şəraiti

Renault 3 min nəfəri ixtisar etməyi planlaşdırır

Dövlət büdcəsində 4,5 milyard manatlıq artıqlıq yaranıb

Macarıstanın Baş naziri Azərbaycana gəlir

İstifadə müddəti bitmiş kartlar sənət əsərlərinə çevriləcək - “Card to Art” layihəsi davam edir

108 mindən çox yeni nəsil kassa aparatı quraşdırılıb, 20 milyarddan çox dövriyyə qeydə alınıb

Bitcoin-in qiyməti 17 illik tarixində ilk dəfə 125 min dolları keçib

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub
