Noyabrda Türkiyəyə gələn turistlərin sayı azalıb
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2021-ci ilin fevral ayından bəri ilk dəfə olaraq Türkiyəyə gələn turistlərin sayı məhdud da olsa azalıb. Turistlərin sayı 2023-cü ilin noyabrında 2 milyon 551 min nəfər ikən, bu ilin noyabrında 2 milyon 525 min nəfər olub. 11 ayda turistlərin sayı 53 milyona yaxınlaşıb.Türkiyə Mədəniyyət və Turizm Nazirliyi yanvar-noyabr ayları üzrə turizm məlumatlarını açıqlayıb.
Marja.az xəbər verir ki, 2023-cü ilin noyabr ayında Türkiyəyə gələn əcnəbilərin sayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 1,02% azalıb. Məlumat 2021-ci ilin fevralından (pandemiyadan) bəri ilk azalma kimi qeydə alınıb.
2023-cü ilin noyabr ayında Türkiyəyə gələn əcnəbilərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 1,02% azalaraq 2 milyon 525 min 345 nəfər təşkil edib.
Türkiyə 2023-cü ilin 11 ayında cəmi 52 milyon 742 min 526 turistə ev sahibliyi edib. Gələn turistlərin 46 milyon 725 min 424 nəfərini əcnəbi, 6 milyon 17 min 102 nəfərini isə xaricdə yaşayan vətəndaşlar təşkil edib.
2023-cü ilin yanvar-noyabr aylarında Türkiyəyə gələn xarici ziyarətçilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 10,82 faiz artım olub.
11 ayda Türkiyəyə ən çox turist göndərən ölkələr siyahısında Rusiya birinci, Almaniya ikinci, İngiltərə (Birləşmiş Krallıq) üçüncü, Bolqarıstan dördüncü və İran beçinci olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti






















