Azercell eSIM “Asan İmza” xidmətini təqdim edir
(®) Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq vətəndaşlar, sahibkarlar və dövlət qurumlarının əməkdaşları üçün eSIM “Asan İmza” xidmətini təqdim edir.
Ölkədə ilk dəfə 2013-cü ildə gücləndirilmiş elektron imzanı təqdim edən Azercell, xidmətin texniki operatoru B.EST Solutions şirkəti ilə birlikdə müştərilərə daha innovativ, rahat və təhlükəsiz eSIM “Asan İmza” həllini istifadəyə verir.
Azərbaycan telekommunikasiyasında ilk dəfə tətbiq olunan eSIM “Asan İmza” yeni nəsil SIM texnologiyasını və əl imzasına bərabər tutulan “Asan İmza” mobil elektron imzanı özündə birləşdirir. eSIM “Asan İmza” istifadə etmək üçün daha fiziki SIM karta ehtiyac yoxdur.
eSIM “Asan İmza” xidmətini 3 yolla əldə etmək mümkündür:
1. https://azercellim.com/ onlayn satış platformasından;
2. istənilən Azercell satış ofisindən;
3. “Asan İmza” fiziki SIM nömrəsini eSIM “Asan İmza” nömrəsinə daşımaqla. Bunun üçün https://azercellim.com/ saytında istifadəçinin şəxsi imzasına alternativ olaraq SMS vasitəsilə göndərilən birdəfəlik koddan (OTP) istifadə edilir. Daşınma əməliyyatı üçün hesabda nəzərdə tutulmuş məbləğin (3.54 AZN) olması yetərlidir.
Yeni nəsil eSIM “Asan İmza” xidmətinin əsas üstünlüklərindən biri də onun daha təhlükəsiz olmasındadır. Belə ki, virtual kart oğurlana və ya itirilə bilməz.
“Asan İmza” mobil elektron imza həm dövlət, həm də özəl sektorda 2000-dən çox elektron xidmətdə istifadə olunur.
eSIM “Asan İmza” xidməti haqqında ətraflı məlumat üçün:
https://www.azercell.com/az/personal/plans-and-services/esim.html
Vətəndaşlar 1847 – “Asan İmza” Çağrı Mərkəzinə zəng etməklə və ya [email protected] elektron poçt ünvanına məktub yazmaqla xidmətlə bağlı suallarına cavab ala bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















