Azərbaycanın qaz hasilatı və ixracı artıb
Energetika Nazirliyi 2023-cü ilin 11 ayı üzrə neft-qaz göstəricilərini açıqlayıb.
Marja.az göstəricilərə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar- noyabr ayları üzrə operativ məlumatlara əsasən, 11 ay ərzində Azərbaycanda 44 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 11,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 24 milyard kubmetri “Şahdəniz”dən, 0,6 milyard kubmetri “Abşeron”dan, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 22,05 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-noyabr aylarında Avropaya 10,85 milyard kubmetr, Türkiyəyə 8,7 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 5,1 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 215,2 milyard kubmetr, “Şahdəniz”dən isə 206,7 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 146,4 milyard kubmetri ixraca nəql edilib.
2023-cü ilin yanvar-noyabr ayları üzrə ölkədə 27,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 16,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,24 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,1 milyon ton təşkil edib.
Hesabat dövründə 23,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 20,2 milyon tonu konsorsiumun, 2,9 milyon tonu isə SOCAR-ın payına düşür.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 dekabr 2023-cü il tarixinədək 627,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 583,3 milyon ton neft, “Şahdəniz”dən isə 44,1 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 dekabr 2023-cü il tarixinədək 625,4 milyon tonu ixraca nəql edilib.
Ölkədə neftin emalı 2023-cü ilin yanvar-noyabr ayları üzrə 6 milyon tona yaxın təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 saat sonra
-
-
6 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
14 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
16 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"















.jpg)








