Ən yuxarı (mobil)_30

Gömrük-keçid məntəqələrindəki yük maşınlarının sayı ilə bağlı məlumatlandırma xidmətinə başlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük-keçid məntəqələrindəki yük maşınlarının sayı ilə bağlı məlumatlandırma xidmətinə başlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılması xidmətinə başlayıb.

AYNA-nın yaydığı məlumatda bildirilir ki, bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 250, “Biləsuvar” gömrük postunda 50, “Qırmızı Körpü” gömrük postunda 1126, “Mazımqara” gömrük postunda 55, “Samur” gömrük postunda 61 yük maşını var. “Xanoba” gömrük postunda isə növbə yoxdur.

Hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində müşahidə edilir.

Buna səbəb Rusiya və Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirirlər.

gömrük-keçid
11.12.2023 18:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18