Türkiyə şirkəti Azərbaycanda dərman istehsal edəcək, tələbat yerli istehsal hesabına ödəniləcək
Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı zavodunun təməli qoyulub
Dekabrın 7-də Pirallahı Sənaye Parkında “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, “Gen Pharma Caucasus Manufacturing Operations” şirkətinin rəhbəri Abidin Gülmüş, eləcə də rəsmi şəxslər iştirak ediblər.
Marja xəbər verir ki,təməlqoyma mərasimində diqqətə çatdırılıb ki, ölkəmizdə müasir, yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli məhsullar istehsal edən sənaye zonaları fəaliyyət göstərir ki, bu da aparılan sənaeyləşmə siyasətinə uyğun olaraq qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edir. Bildirilib ki, 2023-cü ilin iyulun 31-də Azərbaycan İnvestisiya Şirkəti, Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti və “SİA Pharmaceutical” MMC arasında Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun yaradılması üzrə Tərəfdaşlıq və Birgə İştirak Müqaviləsi imzalanıb. Sənədə əsasən görülən işlər nəticəsində bu gün “Gen Pharma Caucasus Manufacturing Operations” MMC tərəfindən Pirallahı Sənaye Parkının 7,8 hektar ərazisində dərman istehsalı zavodunun təməli qoyulub.
Müəssisədə Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli 42 adda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq. İnşa ediləcək zavodun investisiya dəyəri 59,3 milyon manatdır. Müəssisədə 165 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlamasından sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq.
İllik istehsal gücü 50 milyon qutu nəzərdə tutulan zavodda istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, “Made in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.
Qeyd edək ki, 2016-cı ildə yaradılmış Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, istehsalın lokallaşdırılmasına və məşğulluğun təşviqinə töhfə verir. Parkda ümumi investisiyalarının həcmi təqribən 115 milyon manatdan çox 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 37 milyon manata yaxın investisiya yatırılıb, 120-dən çox daimi iş yeri yaradılıb. Artıq qeydiyyata alınmış 6 rezidentdən 2-si fəaliyyət göstərir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 40 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycan vətəndaşları Rusiyaya gedərkən problemlərlə qarşılaşırlar - Hava limanında saxlanılırlar
-
59 d. əvvəl
Mikayıl Cabbarov Omanda səfərdədir - Görüşlər keçirilib, Səhmdarlar Müqaviləsi imzalanıb
-
1 saat əvvəl
Onlayn qumar şəbəkələrinə qarşı əməliyyat keçirilib, 5 nəfər tutulub - VİDEO
-
1 saat əvvəl
200 milyon dollarlıq Azərbaycan - Oman Birbaşa İnvestisiya Fondu yaradılır - MÜQAVİLƏ İZALANDI
-
1 saat əvvəl
Azərbaycan və Gürcüstan arasında birgə gömrük məntəqəsinin yaradılması sürətləndirilir
-
1 saat əvvəl
Azərbaycanda nikahdankənar doğulan körpələrin sayı açıqlanıb - 3 İLDƏ 48 MİNƏ YAXIN KÖRPƏ
-
2 saat əvvəl
“Əgər ustaya dəyər verirsənsə, ölkənin tikinti mədəniyyətinə dəyər verirsən” - MÜSAHİBƏ
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

Azərbaycan və Gürcüstan arasında birgə gömrük məntəqəsinin yaradılması sürətləndirilir

“Əgər ustaya dəyər verirsənsə, ölkənin tikinti mədəniyyətinə dəyər verirsən” - MÜSAHİBƏ
Ən çox oxunanlar

BMW 2025-ci il üzrə gəlir proqnozunu aşağı saldı

Oktyabrın 9-da gözlənilən hava şəraiti

Güzəştli MİDA ipoteka krediti

BOKT “Embafinans”xalis mənfəətinin azalmasına aydınlıq gətirdi

Tesla-nın “xalq avtomobillərinin” qiymətləri bəyənilmədi— yeni modellər gözlənildiyi qədər ucuz deyil

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
