Azərbaycanın qeyri-neft sektoru üzrə 11 aylıq ixracının məbləği cəmi 3 milyard dollardır
“İxrac icmalı”nın dekabr buraxılışının ilkin rəqəmləri açıqlanıb -
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın dekabr sayına əsasən, 2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 31,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5% artaraq 3 milyard ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatdabildirilir ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 821,7 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 3,1 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 2,5 dəfə, plastmas və ondan hazırlanmış məmulatların ixracı 22,1%, qara metallardan hazırlanmış məmulatların ixracı 16,4%, meyvə-tərəvəz ixracı isə 8,1% artıb.
2023-cü ilin yanvar-noyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 6,4% artaraq 853,62 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% artaraq 181,47 milyon ABŞ dolları təşkil edib.
Cari ilin noyabr ayının qeyri-neft ixracı 6,2% artaraq 321,85 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 114,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 17,3% artımla 207,05 milyon ABŞ dolları təşkil edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 12 d. əvvəl
-
17 d. əvvəl
9 ayda dövlət büdcəsindən 218,4 milyon manat geri qaytarılıb
-
28 d. əvvəl
Gəncə Avtomobil Zavodu yerli istehsalın inkişafı istiqamətində vacib addım atıb - FOTO/VİDEO
-
1 saat əvvəl
ABŞ Azərbaycanda neft hasilatı üzrə 2026-cı il proqnozunu dəyişmə saxladı
-
1 saat əvvəl
"ABŞ-ın neft hasilatı rekord səviyyələrə çatacaq, yaxın aylarda qiymətlərə təzyiq yaradacaq"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda qarğıdalı yığımına başlanılıb - Yığımın ilk günlərində 1000 tondan artıq məhsul götürülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dəmiryol işçilərinə özəl - KOMİSSİYASIZ KREDİT

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Qızılın qiyməti ilk dəfə 4 000 dolları keçdi

Rəsmi məzənnələr açıqlandı

BOKT-da növbədənkənar yığıncaq keçiriləcək

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Milyonluq mənimsəmədə ittiham olunan şəxsə hökm oxunub: 10 İL - 299 şirkətin vasitəsilə dövlət vəsaitinin yeyintisi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
