"Ziraat Bank Azərbaycan" "Bankkart" ilə kredit və debet kartlarını tək kartda birləşdirdi!

(®) Müştəri məmnuniyyətini özünün əsas prioritetinə çevirmiş Ziraat Bank Azərbaycan məhsul və xidmət çeşidliliyini artırmağa davam edir. Bu dəfə bank kredit və debet kart xüsusiyyətlərini tək kartda birləşdirən yeni Bankkart Kredit Kartı məhsulunu müştərilərinin istifadəsinə təqdim edib.
Kart VISA və Mastercard olmaqla 1, 3, 5 il müddətinə sadə və platinum növlərində təqdim edilir.
Kredit və debet funksionalını özündə birləşdirən yeni məhsul, müştəriləri çox sayda kart daşımaqdan azad edərək, xərcləmələrinə 40 günədək güzəşt müddəti, 12 ayadək taksitləndirmə və keşbek qazanma imkanı verir. Həmçinin müştərilər bankın partnyorlarında 12 ayadək faizsiz ödəmədən də faydalana biləcəklər.
Bankkart Taksitli kredit kartının üstünlükləri bununla da bitmir:
- 60%-ə qədər nağdlaşdırma imkanı;
- Sərfəli illik faiz dərəcəsi: sadə kartlar üzrə 20%, platinum kart üzrə 18% ;
- Bankkart-ın təmassız xüsusiyyəti ilə sürətli və təhlükəsiz alış-veriş imkanı;
Maaşını Ziraat Bank Azərbaycandan alan müştərilərə kartlar pulsuz təqdim edilir və maaş hesabı ilə kredit hesabının tək kartda birləşdirilməsi imkanı təmin edilir.
Bir çox funksionalın bir arada toplandığı yeni Bankkart Taksitli kredit kartına sahib olmaq istəyən müştərilər bankın istənilən filialına yaxınlaşaraq sifarişini bir neçə dəqiqə ərzində həyata keçirə bilərlər.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
4 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
1 saat əvvəl
DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsində sənədlər tədqiq edilib
-
1 saat əvvəl
“Alshaya Group” şirkətinin təcrübələrinin ölkəmizə transferi müzakirə olunub
- 1 saat əvvəl
-
3 saat əvvəl
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib - 50 DOLLARI DA KEÇDİ
-
3 saat əvvəl
“Azerconnect Group” regionun ən böyük kibertəhlükəsizlik tədbirinə dəstək oldu
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
İlham Əliyev: Bizim şübhəmiz olmayıb ki, bu hadisə obyektiv araşdırılacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib - 50 DOLLARI DA KEÇDİ

“Azərikard”dan Mərkəzi Bankın qərarı ilə bağlı AÇIQLAMA

AzVak-da yeni vakansiyalar
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Putin və Əliyevin görüşündə əsas bəyanatlar

Xalq Bank əmanət məhsulları üzrəşərtlərini yenilədi -Bank sərfəli kampaniya təqdim edir

Putin: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya ödəniləcək, günahkarlar cəzalandırılacaq

Putin və Əliyev Düşənbədə görüşdülər
