Dövlət uşaq bezi və salfet kağızı istehsalı kompleksini satışa çıxarır
Uşaq bezi və salfet kağızı istehsalı üzrə əmlak kompleksinin özəlləşdirilməsi istiqamətində işlərə başlanılıb.
Marja.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, müəssisənin ərazisi 11 hektardır, burada quraşdırılmış avadanlıqlar İtaliya və Almaniya istehsalıdır.
Uşaq bezi avadanlığının istehsal gücü 1 dəqiqədə 500-dək bez, tualet kağızı istehsalı avadanlığının istehsal gücü ay ərzində 15 milyon rulon, mətbəx kağızı avadanlığının istehsal gücü 10 milyon rulon təşkil edir. Salfet avadanlığı isə ay ərzində 32-35 milyon vərəq salfet istehsal etmək gücünə malikdir.
Hazırda kompleksdə uşaq bezi və salfet istehsalı sahələri fəaliyyət göstərir.
Kompleksin yenidənqurulması və inkişafı üçün investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi planlaşdırılır və bu barədə elan qanunvericiliyə uyğun olaraq azı 30 gün əvvəlcədən Dövlət Xidmətinin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 13 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb




















