Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Gürcüstan Azərbaycana avtomobil ixracını kəskin artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstan Azərbaycana avtomobil ixracını kəskin artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gürcüstan 2023-cü ilin ilk 9 ayı ərzində Azərbaycana 371,98 milyon ABŞ dolları dəyərində 19 min 820 ədəd avtomobil ixrac edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, hesabat dövründə Azərbaycana ixrac edilən avtomobillərin sayı illik müqayisədə 5 min 276 ədəd və ya 21,02% azalıb, lakin dəyəri 126,78 milyon dollar və ya 51,7% artıb.

Belə ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 245,2 milyon dollar dəyərində 25 min 96 ədəd avtomobil ixrac edib.

Cari ilin ilk 3 rübü ərzində Gürcüstan ümumilikdə 1 milyard 762 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 2,65 dəfə çoxdur. Bu il avtomobil Gürcüstanın əsas ixrac məhsulu olub və ölkənin ümumi ixracının 34,5%-ni təşkil edib.

26.11.2023 22:58

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar