Dövlət Turizm Agentliyi xaricdə tədbirlərin təşkilini və reklamı bu şirkətə həvalə etdi
Dövlət Turizm Agentliyi (DTA) "2023-cü il ərzində xarici ölkələrdə keçiriləcək tədbirlərdə turizmlə bağlı təşkilati işlər və reklam kampaniyasının həyata keçirilməsi xidmətlərinin satın alınması" ilə bağlı müsabiqəni yekunlaşdırıb.
Marja.az xəbər verir ki, müsabiqədə qalib şirkıt "Adzone-S" MMC-dir.
Şirkətin təklifinin qiyməti 2 milyon 483 min 900 manatdır.
Satınalma İndoneziya, Malayziya və Sinqapurda təmsilçilik xidmətlərinin satın alınmasını, Polşa, Çexiya və Slovakiyada yerli turizm sənayesi nümayəndələri ilə yol şousunun təşkilini, Latviya, Litvada və Estoniyada yerli turizm sənayesi nümayəndələri ilə yol şousunun təşkilini, Almaniya, Avstriyada yerli turizm sənayesi nümayəndələri ilə yol şousunun təşkilini, Almaniya, Avstriyada təmsilçilik xidmətlərinin satın alınmasını və Hindistanda yerli turizm sənayesi nümayəndələri ilə işgüzar görüşlərin təşkilini nəzərdə tutur.
Müsabiqə 08.09.2023-cü il tarixində başlayıb, 13.10.2023-cü il tarixində zərflər açılıb və 20.11.2023-cü il tarixində yekunlaşıb.
2012-ci ildə dövlət qeydiyyatına alınmış və 1000 manat nizamnamə kapitalına malik olan "Adzone-S" MMC-nin direktoru Cəfərov Mircamal Böyükağa oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















