"Bu məhsulun “bazarı bağlanıb”
Şişburun xurma növünün tək cərgə olan bir yeşiyi 3-4 manata alınırdısa bu il 2 manata ancaq satılırBir zamanlar Balakən və Zaqatala rayonları nəinki ölkəmizin, hətta sovetlər birliyinə daxil olan respublikaların xurma tələbatını ödəyirdi. Bu gün isə fərdi təsərrüfatlarda yetişdirilən xurmaya o qədər tələbat olmasa da, iri sahibkarlıq subyektləri dünya bazarlarına yol tapıblar. Bu il təkcə Balakəndə fəaliyyət göstərən “Balxurma” müəssisəsi dünyanın 9 ölkəsinə min tona yaxın məhsul ixrac edəcək.
Kənd təsərrüfatında ixrac potensialı yüksək olan xurmaçılıq Şimal-Qərb bölgəsində olduqca geniş yayılıb. Əsasən Balakən və Zaqatala rayonlarında xurma bağları çoxluq təşkil edir. Hazırda bağlarda məhsul yığımı başa çatmaq üzrədir. Balakənin Katex kəndində xurma yetişdirməyən təsərrüfat yoxdur. Kənd nəinki ölkəmizdə, eləcə də Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrdə xurması ilə tanınır. Sakinlər bağlarında məhsulları toplayaraq Rusiya və Ukrayna bazarlarına çıxarıb. Hazırda bu ölkələr arasında baş verən müharibə sakinlərin məhsullarını quru yolu ilə xarici bazarlara çıxarmasına ciddi mane yaradır.
Kənd sakini Müxlisət Nəbiyevanın sözlərinə görə, katexlilər xurmadan əldə etdiyi gəlirlə ev tikər, oğul evləndirib, qız köçürərdilər. Son illər isə bu məhsulun fərdi təsərrüfatlarda “bazarı bağlanıb”. Digər kənd sakini Elmira Mahmudova buna səbəb kimi Rusiya və Ukrayna arasında gedən müharibəni göstərir: “Çünki əvvəllər şəxsi təsərrüfatlarda yığılan yaş xurma daha sonra isə evlərdə qurudulan xurma məmulatları quru yollarla elə balakənli iş adamları tərəfindən bu ölkələrə daşınardı. Son illər isə bu iş tamamilə dayanıb. Ötən il çeşidindən asılı olaraq, şişburun xurma növünün tək cərgə olan bir yeşiyi 3-4 manata alınırdısa bu il 2 manata ancaq satılır”.
Həzrət Mahmudov problemin qaynaqlanma səbəbindən danışarkən bildirib ki, daxili və xarici bazarlarda xurmanın şişburun növünə tələbat yüksəkdir. Lakin bu məhsulun ata-baba növü daha keyfiyyətli və daha tamlıdır: “Əfsuslar ki, yaş xurmaya tələbat az, qiyməti də ürəkaçan deyil”.
Son illər dünya bazarlarında xurma məmulatlarına ciddi tələbat yarandığından Balakəndə dövlət investisiyası hesabına müasir tələblərə cavab verən xurmaqurutma müəssisəsi fəaliyyətə başlayıb. “Balxurma” müəssisəsinin baş satış meneceri Leyla Axundovanın sözlərinə görə, hazırda 300 nəfər işlə təmin olunub. Ötən il müəssisədə 500 tona yaxın xurma məmulatları hazırlanaraq dünyanın 6 ölkəsinə ixrac edilib. Bu il isə istehsalın min tona çatdırılaraq dünyanın 9 ölkəsində bazarlara çıxarılması nəzərdə tutulur. Leyla Axundova sözlərinə onu da əlavə edib ki, dünyada Azərbaycan xurması tanındıqca tələbat da çoxalır, ixrac coğrafiyası da ildən-ilə artır. Hazırda daha iki ölkə ilə bu istiqamətdə danışıqlar gedir. Xüsusən Çin kimi bir ölkə bu məhsulun yerli bazarlara çıxarılmasında maraqlıdır. Baş satış meneceri bildirir ki, yaxın illərdə müəssisənin istehsal gücünü artırmaq üçün yeni zavodun tikintisi nəzərdə tutulur.
Yeri gəlmişkən, Balakən rayon Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda rayonda 7500 hektara yaxın barverən xurma bağları mövcuddur. Xarici bazarlarda bu məhsula tələbatın artmasını nəzərə alan iri fermer təsərrüfatları sahələrin hektarını hər il artırırlar.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
14 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)




.jpg)




