“İnvestisiyanı özümüz yatırırıq. Təqribən 6-7 milyon manat investisiya qoyulub"
Mingəçevir Sənaye Parkında 15,2 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabrikində istehsal olunan ipliklərin “Open end” və “Ring” növlərinə dünyada böyük tələbat var. Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz olunan bu fabriklərdə “Ring” üsulu ilə istehsal edilən pambıq–poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır.
MMC-nin direktoru Əli Əsədov açıqlamasında bildirib ki, “Mingəçevir Tekstil”in məhsulları Rusiya, Türkiyə, Portuqaliya, Belçika, Ukrayna, Polşa və Pakistana ixrac olunur: “Son üç ildə çox böyük nailiyyətlərə imza atmışıq. İstehsalımızla yanaşı, işçilərin maaşları da hər il ən azı 10-20 faiz artıb və bu tendensiya davam edir. Hazırda bir ayda fərqli nömrədə 1200 ton iplik istehsal edirik”.
Əli Əsədov istehsal prosesindən danışaraq bildirib ki, əvvəl xammal sifariş olunur, onun analizləri aparılır. Analizlər İsveçrə və Amerikanın müasir laborator cihazları vasitəsilə aparılır. Pambığın nəmişliyi, nə dərəcədə təmiz olması, yetişməsi, uzunluğu, incəliyi bu cihazlar vasitəsilə bilinir. Bu göstəricilərə uyğun hansı növ iplik əldə olunacağına qərar verilir.
Gələn ilin birinci yarısını fabriklərdə genişləndirmə işləri aparılacağını deyən direktor qeyd edib ki, əsas hədəf ikinci ilin yarısından sonra 1400 ton iplik istehsal etməkdir. “Bu investisiyanı özümüz yatırırıq. Təqribən 6-7 milyon manat investisiya qoyulub. Artıq bəzi avadanlıqlar quraşdırılıb, bəziləri isə sifariş olunub və yoldadır. Onlar da quraşdırılandan sonra hədəfimizə çatmaq daha asan olacaq. Gəlirlə işləyirik. Bu ilin doqquz ayında xalis gəlir 3 milyon 300 min civarındadır. Bu tendensiyanı biz davam etdirmək istəyirik”, - deyə o əlavə edib.
Xatırladaq ki, tekstil sahəsində ixtisaslaşmış Mingəçevir Sənaye Parkında cari ilin 9 ayı ərzində 54 milyon manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur. Sənaye Parkına indiyədək 159 milyon manat investisiya yatırılıb, 500-dən çox daimi iş yeri yaradılıb, 268 milyon manatlıq məhsul istehsal olunub və bunun 86 faizi ixracın payına düşür.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 14 d. əvvəl
-
- 29 d. əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ






















